Qan dövranına faydalı qidalar

Qan dövranına faydalı qidalar


Tez-tez xəstələnir, əlləriniz və ayaqlarınız tərləyir və ya üşüyürsünüz? Bunun səbəbi qan dövranı pozğunluğu ola bilər. Qan dövranı pozuqluğuna səbəb olan əsas amillər isə siqaret çəkmək, məşq etməmək, diabet, qan laxtalanması və yaşlılıqdır.

Su
Araşdırmalar nəticəsində gündə səkkiz stəkan su içməyin qan dövranı pozuqluğunun qarşısını aldığı öyrənilib. Su həmçinin əhəmiyyətli maddələrin orqan və hüceyrələrə daşınmasında rol oynayır. Bundan əlavə soyuq suyla bir neçə dəqiqəlik duş qəbul etməyə cəhd edə bilərsiniz. Bunu həftədə yenə bir neçə dəfə tekrarlamalısınız. Dr. Ben Kimin söylədiyinə görə, həftədə bir neçə dəfə bir neçə dəqiqəliyinə soyuq suyla duş qəbul etmək qan dövranını sürətləndirir. 

Zəncəfil
Aparılan araşdırmalarda nizamlı olaraq zəncəfil istifadə etməyin ürək-damar narahatlığının və qanda olan laxtalanmağın qarşısını aldığı ortaya çıxıb. Zəncəfilin tərkibində olan gingerol və zingerone adlı maddələr bədən istiliyini artırır və bu da qan axınının sürətlənməsini təmin edir.

Sarımsaq
Sarımsağın sağlamlığımıza faydalı olduğunu artıq bilirik. Onlardan biri sarımsağın tərkibində olan maddələr ürək narahatlıqlarını, damar sərtliyini və qan dövranı pozuqluğunu qabaqlayır. Şabalıd+ Şabalıdın tərkibində olan aescin komponenti, iltihablanma, qan dövranı pozğunluğunu və varikozu qabaqlayıb kapilyar damarlarını gücləndirir.

Alban bibəri
Xüsusilə Alban bibəri olmaqla bir çox acı bibərlərlə aparılan araşdırmalarda damarları gücləndirdiyi və ürəyi qoruduğu müəyyən olunub. Bundan əlavə yenə bu maddə qan dövranı pozğunluğunun qarşısını alır.

Balıq yağı
Balıq yağı, omeqa-3 yağ turşuları baxımından zəngindir. Maryland Universitetinin etdiyi araşdırmada balıq yağının damarlardakı yağlanmanın qarşısını aldığı və xolesterolu nizamladığı görülüb.

Kişi magazine
Top