Arterial təzyiqin ölçülmə qaydası

Arterial təzyiqin ölçülmə qaydası


Arterial təzyiqin ölçülməsi üçün aşağıdakı şərtlərə riayət olunması əhəmiyyət kəsb edir:

1. Xəstənin duruşu: 
– rahat oturmalı
– qol stola təsbitlənməli
– manjet dirsək qatlanmasında 2 sm yuxarıda ürək səviyyəsində olmalıdır.

2. Şərait: 
– müayinədən 1 saat əvvəl kofe içmək olmaz
– 15 dəqiqə ərzində siqaret çəkmək olmaz
– burun və göz damcıları daxil olmaqla simptomomimetiklər qəbul etmək olmaz
– 5 dəqiqə istirahərdən sonra ölçməli.

3. Təchizat:
– müvafiq formada manjet seçilməlidir
– tonometrlər 6 aydan bir yoxlanılmalıdır
– ölçmədən qabaq sıfırda olmalıdır.

4. Ölçmənin sayı:
– AT səviyyəsini qiymətləndirmək üçün ən azı 2-3 dəfə ölçmə əməmliyyatını təkrarlamaq lazımdır
– xəstəliyin diaqnozu üçün ən azı 1 həftə ara verməklə heç olmazsa 3 dəfə ölçmə aparmaq lazımdır.

5. Ölçmənin texnikası:
– manjeti mil arteriyasında nəbzin yox olmasından 20 mm c.süt. yuxarı təzyiq səviyyəsinə qədər tez hava doldurmaq
– manjetə təzyiqi 1 san.2-3 mm c.süt.sürəti aşağı salmaq
– 1-ci ton yaranan təzyiq səviyyəsi sistolik AT-ə uyğun gəlir
– tonların yox olduğu təzyiq səviyyəsi diastolik təzyiq kimi qəbul edilir
– tonlar çox zəifləyirsə, qolu qaldırıb bir-neçə dəfə büküb açmaq, sonra ölçməni təkrar etmək lazımdır
– əvvəlcə hər iki qolda təzyiq ölçülməlidir
– sonralar AT yüksək olduğu zamanlarda ölçmə aparılmalıdır
– 65 yaşdan yuxarı şəxslərdə, şəkərli diabet xəstələrində və arterial təzyiqdən müalicə alan xəstələrdə ölçmə ayaq üstə aparılmalıdır.

immunitet.az
Top