Rezus-faktorun irsən keçməsi

Rezus-faktorun irsən keçməsi

Hamiləlik zamanı rezus mənfi (rh-) ana və rezus-müsbət dölün (Rh+) arasında rezus-konfliktyarana bilər.

Lazım olan tədbirlər görünmədikdə, belə konflikt ağır fəsadlar verə bilər və hətta uşağın həlak olması ilə nəticələnə bilər.

Bu səbəbdən gələcək ana və ata hamiləliyin planlaşdırılması mərhələsində öz qan qruplarını təyin etməlidirlər.



Nəzərinizə çatdıraq ki, hətta valideynlərin hər birinin qanı rezus-müsbət (Rh+) olduqda, ailədə rezus-mənfi (rh-) uşaq doğula bilər. Lakin bu halda rezus-konflikt yaranmır.

Bundan əlavə ananın qanının rezus-faktoru mənfi (rh-), atanın isə müsbət (Rh+) olduqda, bu heç də o demək deyil ki, uşağın qanı mütləq rezus-müsbət (Rh+) olacaq və rezus-konflikt yaranacaq. Uşağın qanı bu halda rezus-mənfi (rh-) da ola bilər və bu vəziyyətdə rezus-konflikt inkişaf etməyəcək.

Ananın qanı rezus-müsbət, uşağın isə rezus-mənfi olduqda rezus-konflikt yaranmır.

Mənbə: saglamolun.az

Top