Müasir zamanda çoxları sadəcə təzyiqinin düşməsi və qalxması ilə əlaqələndirərək baş ağrılarından şikayət edirlər.Təzyiq kifayət qədər müxtəlif diapazonda dəyişkən normativlərə malik bir göstərici olduğundan kliniki nöqteyi nəzərdən onun dəqiq hüdudlarını müəyyənləşdirmək mümkün və düzgün deyildir.Aparılan tədqiqatlar onu göstərir ki, sistolik təzyiq 60-240, diastolik təzyiq isə 30-200 mm civə sütunu üzrə təyin oluna bilər.
Artıq bir çoxlarına məlum olduğu kimi təzyiq də yaş artdıqca yüksəlir və cinsindən fərqli olmayaraq insanların 70% onun göstəricisi ümumi orta rəqəmdən kifayət qədər yüksəkdir.Daha çox yüksək təzyiqdən şikayət olunduğu üçün bir çoxları hiptoniya-aşağı təzyiq xəstəliyi haqqında məlumatsızdır.Bu zaman sistolik göstərici 100, diastolik isə 60 mm c.s. səviyyəsində olur.Hiptoniklər 2 qrupa ayrılır.Birinci halda o bir xəstəlikdir və onu yaradan səbəblər mütləq və təcili aradan qaldırılmalıdır.İkinci qrupa isə təzyiqin aşağı göstəriciləri sadəcə normativ şəklində qəbul olunmalıdır.
Simptomatik göstəricilərə isə daha çox başgicəllənmə və başağrısını göstərmək olar.Eyni zamanda xəstələri yuxusuzluq,döşqəfəsi və oynaq ağrıları da ciddi şəkildə narahat edir.Hipotoniklər mühitdə olan bütün dəyişikliklərə praktiki olaraq reaksiya edirlər.Bura atmosfer təzyiqi, nisbi rütubət və temperatur daxildir.
Müalicə tədbiri kimi ehtiyatlı və axımlı şəkildə fasilələrlə qəbul edilən kontrast su vannaları təyin oluna bilinər.Damarlarınızı hamam otaqlarında və saunalarda “möhkəmlədə bilərsiniz”.Unutmaq lazım deyildir ki, uzun müddət buxarlı mühit sadəcə əks effekt verə bilər.Əgər siz qidalandıqdan sonra özünü rahat hiss edirsinizsə sadəcə gün ərzində bir neçə dəfə kiçik porsiyalarla yemək yeməlisiniz.Təzə qaynadılmış yaşıl çay da xüsusilə effektlidir.Təzyiqi anidən kəskin aşağı düşmüş xəstələr isə mütləq həkim baxışından keçirilməli və təcili medikamentoz müdaxilə edilməlidir.