Tərkibində balıq yağı olan qida əlavələri ürək tutmaları ehtimalını azaltmır.Onun geniş spektrdə müalicə və profilaktika vasitəsi kimi istifadə olunmasına baxmayaraq mütəxəssislər bu fikirdədirlər. Təxminən 70 min nəfər üzərində aparılan 20 müxtəlif təcrübələrin nəticəsi olaraq qeyd olunur ki, balıq yağından əldə olunan yağ turşusu olan Omeqa 3 heç bir formada ürək-damar sistemi xəstəlikləri, o cümlədən infarkt və insult göstəricilərinə effektli təsir etmir.Baxmayaraq ki, əvvəlki tədqiqatlarda alimlərin ümumi rəyi məhz Omeqa 3 təsiri ilə bu və bu kimi xəstəliklərdən qorunma halının mümkün olması istiqamətində idi..Buna səbəb kimi isə onun iltihabi proseslərə dayanıqlı təsir etməsi xassəsi göstərilirdi, hansı ki, damar tıxanıqlığının başlıca amillərindən biri hesab olunur.Aparılan son tədqiqatlar isə birmənalı şəkildə balıq yağının, dolayısıyla tərkibindəki Omeqa 3 tamamilə bu kimi xəstəliklərin müalicə və profilaktikasında əhəmiyyətsiz olduğunu aşkarlamağa imkan vermişdir.