Beynin damar malformasiyaları və ya damarların anadangəlmə inkişaf qüsuru ümumi populyasiyanın 1%-dən azını təşkil edir. Statistik məlumatlara əsasən, hər 200-500 adamdan birində beynin arteriovenoz malformasiyalarına rast gəlinir. Kişilərdə isə qadınlara nisbətən daha çox rast gəlinir. Bu növ malformasiyalar irsi olaraq ötürülmür.
Beynin arteriovenoz malformasiyalarının növləri: - əksər hallarda rast gəlinən beynin həqiqi arterivenoz malformasiyaları - qanaxma və qıcolmalara meyli olan kavernoz malformasiyalar - venoz malformasiya - hemangioma - bərk beyin maddəsində yerləşən dural fistula Vaxt keçdikcə damarların elastikliyi azaldığından bütün növ malformasiyaların ölçüsü artmış olur. Arteriovenoz malformasiyalar beynin istənilən nahiyəsində meydana çıxa bilər və əlamətləri də birbaşa olaraq məhz onun yerləşdiyi nahiyə ilə əlaqədardır. Beynin damar malformasiyalarının kliniki sipmtomları:
- qanaxma: 50% hallarda malformasiyalar bu şəkildə özlərini göstərirlər və nəticədə bu beynin zədələnməsi və insulta səbəb olur. Bununla yanaşı, bu həmçinin yenidən qanaxma riskini artırmış olur. - 25% hallarda qıcolmalar baş verir: fokal qıcolmalardan ümumi qıcolmalara qədər ola bilər. - baş ağrısı: xarakterik simptomlardan hesab olunur. - nitqin və görmənin pozulması: 15% hallarda
Beyin malformasiyalarının diaqnostika və müalicəsi. Diaqnoz KT, MRT, beyin damarlarının angioqrafiyasına əsasən qoyulur. Müalicə erkən mərhələrdə malformasiya kiçik ölçüdə olduqda, qanaxma və digər simptomlar olmadıqda aparılması daha effektivdir. Müasir tibb və onun arteriovenoz malformasiyaların endosvaskulyar embolizasiyası metodu malformasiyanın yaradacağı bütün ağırlaşmaların qarşısını almağa kömək edir.