Arteriyaların zədələnməsi

Arteriyaların zədələnməsi

Arteriyaların okklüzion zədələnməsi - Periferik damarların okklüzion xəstəliklərinin əsas səbəbi aterosklerozdur. Klinika isə damarların prosesə nə dərəcədə qoşulmasından və xəstəliyin mərhələsindən asılıdır. Xroniki işemiya zamanı ilk siptomlardan biri əzələlərdə qan dövranının pozulması nəticəsində növbələşən axsaqlıqdır. Bu da öz növbəsində ayaqlarda qıcolma və ağrılara gətirib çıxarır. Xəstəliyin proqressivləşməsindən asılı olaraq distal hissələrdə sakit halda ağrılar baş verir, nəbz itir, dəri quru, qabıqlanmış və soyuq olur.

Daha böyük obliterasion zədələnmələr qanqrena və nekroza gətirib çıxara bilər. Kəskin işemiya zamanı simptomlar daha tez inkişaf edir: kəskin ağrı, hissiyyatın itməsi, ətraflarda dərinin rənginin ağarması, soyuqluq hissi, hissiyatın itməsi. Arteriyaların okklüzion xəstəlikləri zamanı diaqnostik üsullara ətrafların rentgenoqramması, arterioqrafiya, substraksion angioqrafiya, doppleroqrafiya aiddir.


Müalicə
: simptomatik, profilaktik, dəri vasitəsilə translüminal angioplastika, o cümlədən rekonstruktiv cərrahi əməliyyat. Xəstəlik proqressivləşib və digər müalicələrə tabe olmadıqda amputasiya aparılır.

 Obliterasiyaedici trombangit (Bürger xəstəliyi)

Bu xəstəlik kiçik və orta ölçülü arteriya və venaların iltihabi prosesləri nəticəsində meydana çıxır. Xüsusilə, 20-40 yaşlı siqaret çəkən kişilərdə rast gəlinir. Simptomları tədricən inkişaf edir, ayaq və əllərin distal hissələrindən başlayaraq, son nəticədə qanqrenaya gətirib çıxır. Ətraflarda olan soyuqluq və istilik hissi, sancma ilə müşayiət olunur. Əvvəllər növbə ilə baş verən axsama sonradan ağır işemiyanın nəticəsi olaraq ayaqlarda güclü ağrılarla əvəz olunur. Ətraflarda nəbz ya çox zəifləmiş olur və ya tamamilə itir. Ətrafın vəziyyətini dəyişdikdə zədələnən nahiyədə dərinin rənginin necə dəyişdiyini görmək olar.

Profilaktika və müalicə: simptomatik terapiya, müalicəvi gəzinti, siqaretdən imtina, bəzi hallarda isə cərrahi müdaxilədən ibarətdir.

Top