Ürək qapaq qüsurları dedikdə, onların əsas funksiyasının pozulması nəticəsində meydana çıxan patologiya nəzərdə tutulur. Ürək qapaqlarının hermetizasiyası, qapaqlar vasitəsilə normal qan dövranının pozulması və bu kimi xəstəliklər nəzərdə tutulur. Qapaq qüsurları iki növ olur: qapaq stenozu və qapaq çatmazlığı. Əksər hallarda stenoz və çatmazlıq birgə rast gəlinir, az hallarda ayrı patologiyalar kimi üzə çıxa bilər.
Aortal stenoz - Anadangəlmə və qazanılma ola bilər, qazanılma əsasən, revmatizm nəticəsində meydana çıxır. Burada klassik triada özünü göstərmiş olur: ürəkgetmə, stenokardiya, fiziki yük zamanı təngnəfəslik. Aortal qapaq qüsurlarının diaqnozu anamnez, fiziki müayinələr, EKQ, rentgenoqrafiya, doppler-exokardioqrafiya müayinə üsulları ilə təsdiqlənir. Üçtaylı qapaq qüsurları. Üçtaylı qapaq çatmazlığı. Bu sağ mədəcikdən sağ qulaqcığa retroqrad qan axınının olması və qapaq taylarının tam örtülməməsi ilə xarakterizə olunur. Üçtaylı qapağın stenozuna revmatizm, sistemli qırmızı qurd eşənəyi, karsinoid, miksoma xəstəlikləri səbəb olur, lakin anadangəlmə səbəblər də inkar olunmur. Xəstələrin şikayətləri üçtaylı qapağın çatmazlığında olduğu kimidir, bundan başqa, həm də tez yorulma da müşahidə oluna bilər. Diaqnostika digər qapaq qüsurlarında olduğu kimidir.
Mitral qapaq qüsurları - Bura aid olan mitral qapağın prolapsını qeyd etmək olar. Bəzən isə yorğunluq, halsızlıq, miqren, baş gicəllənmələri, ortostatik hipotenziya, təngnəfəslik, ürək döyünmənin artması, döş qəfəsində ağrı kimi əlamətlər müşahidə oluna bilər. Diaqnoz ürəyin USM müayinəsi ilə qoyulur.
Mitral qapa çatmazlığı sol atrioventrikulyar dəliyin daralması olub, sol qulaqcıqdan sol mədəciyə qan axanını pozulmasıdır. Mitral qapağın stenozu çox vaxt keçirilmiş revmatizm nəticəsində meydana çıxır. Xəstəlik özünü 30-40 yaşlarında, fiziki gərginlik zamanı taxikardiya, titrətmə, səyrici aritmiya, qanhayxırma, səsin xırıltılı olması kimi əlamətlərlə göstərməyə başlayır. Diaqnoz o cümlədən digər müayinə üsulları olan EKQ, rentgenoqrafiya, USM müayinəsi, doppler exokardioqrafiya, ürəyin kateterizasiyası vasitəsilə qoyulur.
Aorta qapağının qüsurları. Aorta qapağının qüsurlarına aiddir - Aortal qapağının çatmazlığı aortanın sol mədəciyə tam bağlanmamış taylarından retroqrad qan axımıdır. Bu patologiya qapağın və aorta kökünün idiopatik degenerasiyası, ürəyin revmatik zədələnməsi, infeksion endokardit, miksomotoz degenerasiya, travma və ürək qüsurları nəticəsində meydana çıxır.