Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyi

Adından da göründüyü kimi bu xəstəlik ürəkdə baş verən müxtəlif xəstəliklərdir. Bu xəstəliklərlə demək olar ki, hamımız tanışıq, özümüzdə olmasaq da yaxınlarımız, qohumlarımızda rast gəlmişik. Ürəyin işemik xəstəliyinin (ÜİX) bir neçə növü var: Stenokardiya, Miokard infarktı, Xroniki ürək çatmazlığı. Xəstəliyin əsasında ürək əzələsi olan miokarda oksigen çatmazlığı durur. Miokard sözün əsl mənasında «böyük iş» görür: bir yığılmaya damarlara 100 qramaa qədər qan ötürür. Normada bir dəqiqədə miokard 70-90 dəfə yığılır və beləliklə hesablamaq olar ki, o gün ərzində neçə ton qanı orqanizmə ötürür. Buna görə də miokarda daima və çox miqdarda oksigen lazımdır. Oksigen çatmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır.
Bundan başqa, xroniki oksigen çatmazlığı və qidalı maddələrin (ürəyə koronar və venoz damarlar vasitəsilə gələn maddələr) çatmazlığı nəticəsində miokardda dəyişikliklər meydana çıxır ki, bu da onun zəifləməsinə gətirib çıxarır. Bu zaman qan arteriyalara pis ötürülməklə yanaşı, həm də venalarda durğunluq əmələ gətirir ki, bunlar vasitəsilə də qan ürəyə çatmalıdır. Beləliklə, xroniki ürək çatmazlığı meydana çıxır. Koronar arteriyalarda qan dövranının pozulmasına səbəb ateroskleroz və damarların spazmıdır.
Stenokardiya: ÜİX-nin ən yüngül formasıdır. Xəstəliyin əsasında ürəyi qidalandıran koronar arteriyaların spazmı nəticəsində qan dövranını qısa müddətli pozulması durur. Adətən, 10-20 dəqiqədən sonra spazm keçir. Bu stenokardiya tutmaları aşağıdakı səbəblərdən meydana çıxır:

Fiziki və emosional (ağır hallarda və gecikmiş mərhələlərdə isə stenokardiya tutmaları sakit halda belə baş verir)
Spirtli içkilərin qəbulu
Arterial təzyiqin yüksək olması və ya ətrafdakı hava temperaturunun çox yüksək və ya çox aşağı olması.
Titrətmə (bədən temperaturunun çox yüksək olması)
Normadan artıq yemək
Stenokardiyanın əsas simptomu ağrıdır. Ağrı özünə məxsus xarakterlə başlayır: fiziki və ya emosional gərginlikdən sonra döş sümüyü arxasında (həkimlər bunu gərginlik stenokardiyası adlandırırlar) olur, gecikmiş mərhələlərdə isə sakit halda belə baş verə bilər (bu da müvafiq olaraq, sakitlik stenokardiyası adlanır ). Ağrı sol çiyinə, sol qola, sol kürək sümüyünə, bəzən isə çənənin sol hissəsinə yayıla bilər. Xəstələr bu ağrını sıxılma, döş sümüyünə təzyiq kimi qiymətləndirirlər, məhz buna görə də bu yaxınlara qədər, bu xəstəlik «döş qurbağa» sı adlandırılırdı, indi isə latın dilindən təxminən «sıxılmış ürək » kimi tərcümə olunur. Ağrı adətən, 5-10 dəqiqədən sonra gərginlik keçdikdən və ya nitratların qəbulundan sonra keçib gedir.

Diaqnozun
qoyulması üçün adətən, xəstəyəEKQ təyin olunur, bəzən onu fiziki yüklənmə halında çəkirlər. Diaqnoz qoyulduqdan sonra isə müalicə təyin olunur. Müasir dərman preparatları xəstəliyin ağrısız keçməsinə şərait yaradır. Lakin xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz, belə ki, bundan sonra baş verə biləcək mərhələ miokard infarktıdır. Bu xəstəliyin isə çox hallarda ölümə səbəb olması və daha çətin müalicə olunmasını bilmək kifayətdir ki, onun ciddiliyi nəzərə alınsın.
Top