Varikoz xəstəliyi statistikaya görə dünyada qadınların 25%-də, kişilərin isə 13%-də rast gəlinir. Razılaşmaq lazımdır ki, bu elə də kiçik bir rəqəm deyil. Varikozun xüsusilə qadınlara nə qədər rahatsızlıq gətirdiyi hamıya məlumdur. Varikoz genişlənmə venaların genişlənməsi , şişməsi, uzanması, əyrilik və düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Varikoz genişlənmə çox vaxt aşağı ətrafların ,düz bağırsağın venaları (babasil) və az hallarda qida borusunun və sperma liflərinin venalarını zədələmiş olur.
Bədənin aşağı hissəsinə ayaqüstə durduqda və gəzdikdə daha çox fiziki yük düşdüyü üçün buradakı venalar varikoza daha çox meyllidirlər. Varikoz başlanğıcda ciddi problemlər yaratmadığından insanlar buna qeyri-ciddi yanaşırlar, lakin artıq venanın genişlənməsi onun hər an tromboflebit adlanan xəstəliklə ağırlaşmasına səbəb ola bilər. Varikoza uğramış venalarda yaranmış tromb hər an yerindən qopa və həyati vacib orqanları zədələyə bilər, bu da çox vaxt ölümlə nəticələnir. Varikoz genişlənmənin səbəbləri: az hərəkətli həyat tərzi, uzunmüddətli fiziki yük, artıq çəki, irsi meyllilik, travmalar, hormonal pozğunluqlar və hormonal preparatların qəbulu. Bütün bu səbəblər venoz klapanların zəifləməsinə və venoz damarlarda durğunluq əmələ gəlməsinə səbəb olur. Müalicə: xəstəliyin mərhələsindən asılı olaraq aparılır. Başlanğıc mərhələdə müxtəlif preparatların qəbulu, xaricə mazların istifadəsi və elastik corablardan istifadə etmək kifayət edir. Sonrakı mərhələlərdə isə skleroterapiya, lazeroterapiya, radiotezlikli ablyasiya kimi metodlardan istifadə olunur. Bundan başqa, müalicə individual olaraq seçilməlidir və müalicənin vaxtında, başlanğıc mərhələlərdə aparılması məsləhətdir. Yalnız qadınların deyil, kişilərin də problemi olan varikoz problemi sadə bir estetik problemi deyil. Mütəxəssislər qanı ürəyə geri daşıyan damarların qan axışının ürəyə doğru tək istiqamətli olmasını təmin edən qapaqcıqları ehtiva etdiyini izah edirlər. Damarlarda yaranan tıxanıqlıqlar və həddindən artıq təzyiq bu qapaqcıqların düz bağlanmasına maneə törədərək geriyə doğru qaçaqlara səbəb olur. Nəticədə qıçlardakı səthi damarlar gənişlənir, uzanır və büklümlü bir görünüşlə varikozu meydana gətirir.Varikoz genişlənmə
Gecə yaranan tutulmalar, qaşıntı, qabarıqlıq, ayaqda qalma ilə ağrı tez-tez görülən şikayətlərdir. Varikozlu damarda iltihab, yaxşılaşmayan yara, dərialtı qanama və damariçi laxtalanma ola bilər, damariçi pıxtısından bir parça qopması vəziyyətində isə hətta varikoz ölümə səbəb ola bilər.
Xəstəliyin müalicəsində keçmiş illərdə klassik cərrahi üsul tətbiq olunurddu, son illərdə isə lazer, radio tezlik kimi damariçi tətbiqlər edilə bilir. Varikoz artıq lazerlə müalicə edilə bilir. B zaman xəstə ağrı çəkmir və xəstəxanada yatmır. Xəstələr, lazerlə müalicədən bir saat sonra evinə gedə, bir gün sonra da işinə qayıda bilir.
Lazer tətbiqinin ardından xəstənin 10-15 gün varikoz corabı geyməsi lazımdır, həmçinin varikozlu xəstələrə bol su içmələri, isti duşla qıçlara soyuq su tətbiq etmələri, uzun sürən səfərlərdə varikoz corabı geymələri təklif olunur.