Səyrici aritmiya

Səyrici aritmiya

Bu xəstəlik zamanı müalicənin məqsədi mümkün halda ürəyin sinus (normal) ritminin bərpa edilməsi və onun normada saxlanmasıdır.
Ritmin bərpası: Ürəyin normal ritmini bərpa etmək üçün bir çox üsulla var. Birinci ən sadə üsul: xəstə özü üzərində tətbiq edə bilər. Metodun əsasında azan sinirin stimulyasiyası (vaqus) durur, bu zaman ürəyin ritmi azalmış olur. Bunun üçün ilk olaraq xəstə dərindən nəfəs almalıdır, sonra ağız və burnunu möhkəm sıxmalı və bu anda çətinliklə nəfəs almağa çalışmalıdır. Bu metodla digər ritm pozğunluqlarını da dayandırmaq olar. Təəssüf ki, bu metod bütün xəstələrə kömək etmir.

Ritmin bərpası üçün ən yayılmış metod dərman preparatları ilə müalicədir. Bu preparatlar antiaritmik preparatlar adlanır. Bir qayda olaraq, dərman venadaxilinə yeridilir. Lakin bəzi hallarda xətə özü seçilmiş preparatı qəbul edə bilər. Təəssüf ki, müvafiq dərman seçilməsi üçün xüsusi əlamətlər yoxdur. Praktika da göstərir ki, xəstəyə müvafiq dərman seçmək üçün müalicənin əvvəlində bir neçə preparatdan istifadə olunur və sonda ən effektivi seçilir.

Bəzi hallarda səyrici  aritmiya dərmanla müalicəyə tabe olmur və uzun müddət davam edərək xəstənin həyatı üçün təhlükə yaradır və bu zaman elektrofizioloji ablyasiya metodu seçilir. Xəstə qısa müddətə (1-2 dəqiqəlik ) yuxuya verilir, sonra xüsusi sinxronlaşdırılmış (yəni  ürək tsiklinin müəyyən fazasında) elektrik enerjisinin verilməsi nəticəsində normal ürək ritmi bərpa olunur. Qeyd etmək lazımdır ki, bu prosedura yüksək ixtisaslaşmış personalı olan xəstəxanada aparılmalıdır. Bu metodun tətbiqi zamanı  ritm demək olar ki, 100 % bərpa olunur (cəmi 60-80% qədər ritmi bərpa edə bilən dərman preparatlarından fərqli olaraq). Bu metod daha təhlükəsizdir belə ki, hər bir dərman əlavə təsirə malikdir və bu təsirlər yarandıqda qandan həmin preparatın tamamilə xaric olması üçün müəyyən vaxt tələb olunur.

Ritmin normada saxlanılması: Ritmi bərpa etdikdən sonra onu normada saxlamaq vacibdir. Bu zaman səyrici aritmiyaya səbəb olan xəstəliyi müalicə etmək və tutmanı yaradan faktorları aradan götürmək lazımdır. Əgər tutmalar az hallarda baş verirsə, bu zaman bəzən xüsusi antiaritmik müalicəyə ehtiyac olmur. Lakin çox hallarda tutmanın qarşısını almaq üçün dərman preparatlarından istifadə olunur.

Bəzən daha ağır hallarda xəstələrin cərrahi müalicəyə ehtiyacı olur: Bəzi hallarda isə ritmin normallaşdırılması təxirə salınır. Bu adətən, xəstədə səyrici aritmiyanın demək olar ki, daimi olan hallarında olur. Bu zaman əsas müalicə metodu ürək yığılmalarının normada saxlanılması və ağırlaşmaların qarşının alınmasıdır.

Ağırlaşmaların qarşının alınması: Aritmiyanın əsas ağırlaşmaları insult və ürək çatmazlığı olduğu üçün səyrici aritmiya ilə yanaşı bu xəstəliklərin də profilaktikası aparılmadır. Profilaktik tədbirlərin növünü isə həkim seçir.

Top