Limfa düyünlərinin böyüməsi

Limfa düyünlərinin böyüməsi

"Böyümüş vəzilər" termini bir və bir neçə limfa düyününün böyüməsini izah edir. Limfa düyünləri immun sistemin tərkib hissəsi olan limfatik sistemin əsas elementidir. Bəzən səhvən limfa düyününün böyüməsinə vəzi böyüməsi deyirlər. Bu termin elmi cəhətdən o qədərdə düzgün səslənmir. Çünki limfa düyünləri vəz deyil və heç bir maddə sekresiya etmir.

Limfa düyünləri normada bir neçə millimetr ölçüdən 1-2 sm ölçüyə qədər ola bilər. Böyümüş limfa düyünləri öz normal ölçüsündən 2-3 dəfə böyük olur. Uşaqlarda limfa düyününün ölçüsü 1 sm-dən çox olarsa böyümüş hesab edilir.

Limfa düyünlərinin yerləşdiyi əsas yerlər qasıq, qoltuqaltı, boyun, çənəaltı, qulaq arxası nayihəsi və  başın arxasıdır. Hansı qrup limfa düyünün böyüməsi problemin bədənin hansı hissəsində olmasından aslıdır və böyümənin səbəbinin müəyyən edilməsində kömək edə bilər.

Səbəblər

- Soyuqdəymə
- Mononukleoz
- Tonzillit
- Parotit   
- Sinus infeksiyası
- Qulaq infeksiyası
- Dəri infeksiyası
- Dış problemləri
- Hodgkin xəstəliyi
- Qeyri-Hodgkin limfoması
- Leykemiya
- Tuberkulyoz
- Qızılca
- Sarkaidoz
- Toksaplazmoz
- Yuxarı respirator infeksiya
- Sifilis
- Gingivit
- Diş dibinin absesi
- Cinsi yolla keçən xəstəliklər
- Revmatoid artrit

Əgər böyümə qəflətən əmələ gəlirsə və ağrılıdırsa bunun səbəbi daha çox infeksiya və ya zədələnmə ola bilər. Tədricən böyüyən və ağrısız lifma düyünləri bir çox hallarda xərçəngin əlaməti ola bilər.  Bəzi dərman maddələrinin istifadəsi, məsələn, phenytoin (anti-epileptik) və ya bəzi vaksinasiyalar (tif immunizasiyası) limfa düyünlərinin böyüməsinə səbəb ola bilər.

Ev tədbirləri

Limfa düyünlərində olan ağrı müalicənin ilk günlərində keçəcəkdir. Amma şişkinliyin aradan qalxması bir neçə həftə çəkə bilər. Vəzilərin ağrılı olmasının əsas səbəbi onların infeksiya ilə mübarizə aparmaq məqsədilə dərhal şişkinləşməsidir.   
Həkimə nə zaman müraciət etməli
- Limfa düyünləri bir neçə həftə ərzində kiçilmirsə və ya böyüməyə davam edirsə
- Böyümüş vəzilər qımlzı rəngdə və gərgin olarsa
- Limfa düyünləri əllədikdə nahamar olur və yerinə fiksasiya olunmuş olarsa
- Sizdə hərarət, gecə tərləmələri və naməlum səbəbli arıqlama varsa
- Uşaqlarda limfa düyünü 1 sm-dən böyükdürsə

Həkimin müayinəsi

Sizin həkim ilk olaraq fiziki müayinə aparacaq, sizin əllənə biləcək limfa düyünlərinizin ölçüsünü, quruluşunu, hərarətini, gərginliyini və digər xüsusiyyətlərini müəyyən etməyə çalışacaq.  
Aşağıdakı müayinələri həyata keçirə bilər:
- Qanın ümümi və biokimyəvi analızi
- Limfa düyünlərinin biopsiyası
- Döş qəfəsinin rentgen müayinəsi
- Qaraciyər və dalağın kompüter tomoqrafiyası
Top