Angioqrafiya

Angioqrafiya

Angioqrafiya – qan damarlarının rentgen aparatının köməyi ilə təsvir olunmasına imkan verən müayinə metodudur. Bu üsulun köməyi ilə arteriyalar (Arterioqrafiya), venalar (Fleboqrafiya) və limfa damarları (Limfangioqrafiya) müayinə olunur. Müayinənin nəticəsi xəstəliyin forma və yayılması haqqında qərar verməyə imkan verir.

Nə vaxt Angioqrafiya aparılır?

Hansı orqan yaxud bədənin hansı hissəsinin müayinə olunmasından asılı olaraq, iynə yaxud kateter (uzun, elastik, plastik materialdan hazırlanan nazik boru) arteriyaya, venaya yaxud da müayinə olunan toxumaya yeridilir (adətən yerli ağrısızlaşdırma altında). Bundan sonra kontrast maddə kateterlə müayinə olunan damar nahiyəsinə yeridilir, ondan ötrü ki damarlar rentgenoqram ekranında görünsün. Bu yolla qan damarlarındakı problem və dəyişikliklər böyük həssaslıqla özünü biruzə verir. Müayinənin nəticəsinə əsasən həkim qərar verir ki, müalicəyə ehtiyac varmı yaxud bu mümkündürmü və hansı müalicə imkanları var.

Angioqrafiya necə aparılır?

Müdaxilə həm yerli ağrısızlaşdırma, həm də ümumi narkoz altında aparıla bilər. Kateter əksər hallarda sağ, bəzən hətta sol qasıq büküşündən yaxud da müvafiq damarda Ellen büküşündən yeridilir. Çox qorxan xəstələrə sakitləşdirici də verilə bilər.
Arteriyaların müşahidəsi ilə, ürəyi qanla təmin edən xüsusi arteriyalar dəri üzərində kiçik kəsikdən iynə ilə punksiya olunur və kiçik plastik boru arteriyaya daxil edilir. Nazik aparıcı məftil/sim/ (aparıcı kateter) bu borudan aortaya yeridilir. Ürəyi qanla təmin edən koronar damarların, arteriylarının təsviri KoronarAngioqrafiya adlanır.

Müdaxilə zamanı xəstə nə hiss edir?

Kontrast maddəin yeridilməsi zamanı xəstələr bəzən ümumi istilik hissi və bəzən ürək nahiyəsində gərginlik hissi keçirirlər. Əgər bu həddən artıq xoşagəlməz olsa müdaxiləni vaxtında dayandırmaq üçün həkimlər həmişə bu hissiyyatın olub olmadığını soruşurlar.
Aparıcı simin dartılmasını və damarda müdaxiləsi hiss edilmir, çünki qan damarlarının daxili qatında sinirlər yoxdur.

Hansı ağırlaşmalar rast gəlinə bilər?

Ağırlaşmalar ümumiyyətlə nadir hallarda rast gəlinir. Müayinənin növündən və həcmindən asılı olaraq aşağıdakı ağırlaşmalar rast gəlinə bilər:
- Ürək ritminin pozulması
- Entzündungen/ Воспламенения
- Kontrast maddəyə qarşı artmış həssaslıq
- Tərkibində yod olan kontrast maddə səbəbli qalxanabənzər vəzin funksiyasının pozulması
- Aşağı ətraf arteriyalarında qan təchizatının pozulması
- İynə yerində qansızma və yara
- Verletzungen (Einrisse) der Leisten-, Becken-, Arm oder Hauptschlagader (Aorta)
Bundan başqa Arteriya və ona yaxın vena arasında əlaqə (arteriovenoz fistula) də yarana bilər. Kateterin dartılması həmçinin damarın daxıli qatının zədələnməsinə də səbəb ola bilər.

Müayinədən öncə və sonra nəyə diqqət yetirmək lazımdır?

Müayinədən öncə əksər hallarda heç bir xüsusi hazrlıq tələb olunmur. Bir neçə saat qalmış heç bir şey yemək və içmək olmaz, yalnız az miqdarda maye qəbul etmək olar. Əksər dərmanlar adəti üzrə qəbul edilə bilər. Yalnız, laxtalanmanı zəiflədən dərmanlar həkimlə məsləhətləşdikdən sonra kəsilməlidir.
Diabetiklər üçün dərmanların dozalanması, eləcə də insulinin dozası həkimlə əvvəlcədən razılaşdırılır. Tibbi göstəriş əsasında xüsusi hazırlıq yalnız qalxanabənzər vəzin xəstəliyi olanlarda və allergik həssas şəxslərdə aparılır.

Hansı alternativləri var?

Hazırda arteriya və venalarda qan axımı haqqında sualların çoxuna Doppler-Ultrasəs müayinəsi vasitəsilə cavab tapmaq mümkündür. Xüsusən də iri damarlar heç bir risksiz müayinə oluna bilər. Bura beyini qanla təchiz edən damarlar, eləcə də aşağı ətraf venaları aiddir.
Buna görə də bir qayda olaraq ultrasəs müayinəsi Angioqrafiyadan əvvəl aparılır. Bu müayinənin nəticəsi kifayət etmədikdə Angioqrafiya aparılır.

Mənbə: etibb.org

Top