“Sizin qan qrupunuzun sirrləri” adlı kitabın müəllifi Jan-Lui Deqandenzi sizin sevgidə necə birisi olduğunuzu və kiminlə nikaha girə biləcəyinizi bilməyə yardım edəcək.
I QAN QRUPU (ƏHALİNİN 45%-i)
Kişilər: Ehtiraslandırma oyununda onun tayı-bərabəri yoxdur. Qadında o daha çox onu gözləməyi xoşlayır! Lakin başqalarından fərqli olaraq o öz istədiyini əldə edəndə onun sevgilisini məyusluq gözləmir: o çox gözəl bir məşuqdur!
Qadınlar: Ona elə bir kişi lazımdır ki, onu öz ağuşunda möhkəm saxlaya bilsin! Cazibəli və qısqancdır. Həyat yoldaşının hətta gözünün ucuyla başqasına baxması onu özündən çıxara bilər. O kişinin hər zaman yanında olmasını istəyir. İntim həyata meylli olması yorulma həddinə gətirib çıxara bilər və sözsüz ki partnyorunu sevindirər.
II QAN QRUPU (ƏHALİNİN 35%-i)
Kişilər: O, hisslərini bir baxışla və toxunuşla ifadə edəcək qədər çox utancaqdır. Özünü göstərmək istədikdə bunu bir dəfəyə edir. Onun partnyoru daima yalnız onu sevdiyini sübut etmək məcburiyyətindədi. O zaman o da hər zaman ona sadiq qalacaq. O üzərində ana qayğısını hiss etməyi xoşlayır, ona görə də adətən özündən yaşca böyük qadınlar seçir.
Qadınlar: O, özünü qadın romanlarının qəhrəmanı kimi hiss etməyi xoşlayır.Utancaq olmağıyla yanaşı həm də şübhəlidir, belə ki, vurulduqda heç vaxt öz sevgisini birinci etiraf etməz. Münasibətlər qəti olaraq aydınlaşdıqda o çox gözəl bir həyat yoldaşı və duyğulu bir qadın olacaq!
III QAN QRUPU (ƏHALİNİN 13%-i)
Kişilər: Onda hər zaman Don Juan görürlər, amma o qəti surətdə əmindir ki, bu tipajdan onun xasiyyətində zərrə qədər də xüsusiyyət yoxdur! Bəli, məftun etmək onun xoşuna gəlir, ancaq yalnız ona görə ki o sevgidən ehtiyat edir! Bu hadisə onun həyatında baş verdikdə o nəyinsə yolunda getmədiyini anlayır. Ondan heç də pis ər olmaz, periodik olaraq ər-arvad sədaqətini pozan, lakin hər zaman etibar oluna bilən.
Qadınlar: O öz sədaqətini xarici ekstravaqantlığın altında gizlədir, lakin sadiq bir həyat yoldaşı olacaq. Əgər onun partnyoru üçüncü qan qrupuna sahibdirsə sevgidə o təşəbbüsü öz əlinə almalıdır. Çünki bu kişilər üçün seks həyatda heç də ən vacib şey deyil. O bir növ “vampirə” çevrilərək ondan seksuallığı damla-damla sormalıdır!
IV QAN QRUPU (ƏHALİNİN 7%-i)
Kişilər: Onun qadınları məftun edəcək misilsiz qabiliyyəti var: hansısa maqnetik güc onları ona tərəf çəkir. Buna baxmayaraq o heç də tərki-dünya deyil və qadınların arasında olmaqdan xoşlanır. Bununla belə o sevgidən danışmağa nifrət edir, lakin onun gözəl bədən quruluşu onun yerinə danışır. Onun hissləri səthidir. Lakin praktiki olaraq hər zaman sevgiylə məşğul ola bilər.
Qadınlar: O da həmçinin kişiləri özünə cəlb etmək qabiliyyətinə malikdir. Lakin kişilərin onun rəğbətini qazanması həddindən artıq çətindir, ona görə ki o çox tələbkar və ciddidir. Çox vaxt o öz həyat yoldaşını arxasınca aparacaq qədər möhtəşəm sevgili ola bilər!