1. AIDS - bu virus immunçatışmamazlığı virusuna yoluxmağa səbəb olur və orqanizmin qorunma sistemini dağıdır. AİDS ilə xəstələnmiş insanlar zəifləyirlər, çünki onların orqanizmi xəstəlik ilə mübarizə aparmaq qabiliyyətini itirir. Son nəticədə onlar ölürlər. HİV.AİDS-in müalicəsi yoxdur.
2. Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV.AİDS özünü göstərsin. Onа görə
HİV ilə yoluxmuş şəxs özünü uzun illər çox gümrah və sağlam hiss edə bilər, lakin digərini yoluxdura bilər. Yeni müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.
3. HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye halında daxil olur. Onu da qeyd etmək lazımdır ki, HİV özünün müxtəlif dərəcələrində yoluxdura bilər. HİV aşağıdakı bioloji mayelərdə olur: qan, sperma və vaginal ifrazat, döş südündə. Öpüş zamanı ağız tüpürcəyində virus aşkar edilməyib. Əgər hər iki tərəfdən birinin ağzında yara varsa, HİV ilə xəstə olan bu yaraya HİV yoluxdura bilər. Paltar, qab-qacaq vasitəsilə HİV-ə yoluxmaq mümkün deyil.
4. Bütün dünyada virus əsasən cinsi yolla keçir. Avropanın vəMərkəzi Asiyanın bəzi ölkələrində virus əsasən narkotik maddə qəbul edən vurduqları iynədən başqa şəxslərin istifadə etməsi nəticəsində keçir. Gənc qızlar HİV-ə qadınlara nisbətən daha həssasdırlar.
5. Cinsi Yolla Keçən Xəstəliklərə yoluxan insanlarda HİV.AİDS təhlükəsi ilə yoluxmaların ehtimalı daha çoxdur və onlar infeksiyanı başqalarına ötürə bilərlər. Belə insanlar müalicə üçün tez bir zamanda həkimə müraciət etməli və öz partnyorlarını xəbərdar etməlidirlər. Cinsi Yolla Keçən Xəstəliklərə yoluxmuş adamın HİV-ə yoluxma təhlükəsi 5 dəfə çoxdur. Həmçinin bu insanların infeksiyanı daha tez ötürmək riskləri də vardır.
6. Bu xoşagəlməz halları azaltmaq üçün aşağıdakı şərtlər vacibdir: HİV profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək.
7. HİV-in digər keçmə üsulu sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıcaq və başqa alətlərin istifadə edilməsidir. Vena daxilinə narkotik maddə qəbul edən insanlar HİV/AİDS-ə daha tez yoluxurlar. Narkotiklərdən istifadə insan şüuruna təsir edir və riskli cinsi əlaqələrin qurulmasına da səbəb olur.
8. Əgər kimsə güman edir ki, o, HİV-ə yoluxub, elə həmin gün həkimə və yaxud HİV/AİDS mərkəzinə müraciət etməlidir. Həmin şəxs burada məxfi məlumatlar ala bilər. HİV testi qanda olan virusu yoluxandan 2 həftə sonra təyin edə bilər. AİDS-ə yoluxma 10 il ərzində inkişaf edə bilər. Yadda saxlayin ki, hətta AİDS-lə yaşayan insan belə səmərəli və sağlam həyat tərzi sürə bilər.
9. HİV gündəlik kontaktlardan keçmir, məsələn: qucaqlaşma, əl sıxma, görüşmə. Hovuzda çimməkdən. Tualetin oturacağından, ümumi yataq dəstindən, qab-qacaqdan, öskürəkdən və s.
10. HİV/AİDS-ə yoluxan və yaxud yoluxma şübhəsi оlan insanların diskriminasiyasi insan hüquqlarını pozur, ümumi səhiyyəni təhlükə altına salır. HİV/AİDS-ə yoluxmuş hər bir insan mərhəməy hissinə layiqdir.
Həmçinin bax: Qazanılmış immun çatışmamazlığı sindromu, QİÇS