Qan xərçəngi

Qan xərçəngi

Qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür.

Bu qrupa aiddir:

- leykoz- şiş hüceyrələri onurğa beynini zədələyir

- hematosarkoma- sümük və beyin daxilində yerləşməyən şişlər

- linfositoma- yetişmiş limfositlərsən yaranır

Bədxassəli şişlər cinsindən və yaşından asılı olmayaraq əmələ gəlir. Məhz şiş xəstəliklərinin sayı günü-gündən artır, buna səbəb isə onları yaradan səbəblərin sürətlə artmasıdır.

Qan xərçənginin səbəbləri:

- irsi faktorlar

- virusun hüceyrələrə təsiri

- radiasiya

- müxtəlif maddə və preparatların konserogen təsiri (benzol, sitostatiklər və s.)

- orqanizmin immunodefisit halı

- stress

Klinika: xəstəliyin mərhələsi, növü və s.dən asılı olaraq dəyişir. Hemoblaztozların ilk əlamətləri halsızlıq, yorğunluq, bundan əlavə, ürəkbulanma, qusma, damaq qanaxması, temperaturun yüksəlməsi, sümüklərdə ağrıdır. Müayinə qanda dəyişiklərin olmasını aşkarlayır. Pasientə baxış zamanı limfa düyünlərinin, qaraciyər və dalağın böyüməsi aşkarlanır, hemorragik səpgilər də ola bilər. Bəzən xəstəlik "maska"lanaraq pnevmoniya və ya anginaya bənzər şəkildə də meydana çıxa bilər və bu gediş kəskin leykoza xasdır.

Qan xərçənginin diaqnostika və müalicəsi

Diaqnostika: genişləndirilmiş qan analizi, sümük iliyi punksiyası, immunitipləşdirmə.

Müalicə asan olmayıb, hemotoloji şöbələrdə aparılır. Xəstələr xüsusi bokslarda infeksiyaya yoluxmamaq məqsədilə saxlanılırlar. Şüa, kimya terapiyası, hormonal müalicə, ümumi gücləndirici preparatlar, infeksiya əleyhinə antibakterial və virusəleyhinə preparatlardan istifadə olunur. Kəskin mieloblast leykozlar və residivlər zamanı sümük iliyi transplantasiyası aparılır. Sümük iliyi ya donordan ya da pasientin özündən götürülür. Donor pasientin qohumları da ola bilər, lakin uyğunsuzluq olduqda donorları donor banklarından və ya internetdən axtarırlar. Bəzən bu proses çox vaxt alır, xəstələrin isə gözləməyə vaxtları yoxdur. Buna görə də, dünyada hazırda banklarda sağlam insanlardan alınmış qan ehtiyatlarının olması üzrə işlər aparılır.

Proqnoz: xərçəngin növü, yaş faktoru, müalicəyə reaksiya və sağalma arzusundan asılı olaraq dəyişir. Erkən diaqnostika və müvafiq müalicə sağalma şansını artırır.

Həmçinin bax: mədə və dodaq xərçəngi, dəri xərçəngi,

Top