Nazik bağırsağın bədxassəli şişləri aşağıdakılardır:
Adenokarsinoma, nadir halda rast gəlinir, adətən nazik bağırsağı zədələyən Kron xəstəliyi zamanı meydana çıxır. İlkin bədxassəli limfoma, qalça bağırsaqdan yaranır . Karsinoid şişlər, əsasən appendiksdə meydana çıxır, onlardan 55% çoxsaylı şişlərdir, ölçüsünə görə də böyük olub, 2sm-ə qədər olur. Yaxın orqan və toxumalara metastaz verir, xüsusilə də qaraciyərə. Kliniki olaraq özünü qanaxma, bağırsaq keçməzliyi və ağrı ilə biruzə verir.
Kapoşi sarkoması 20 % hallarda bağırsağın digər ilkin şişləri ilə birgə yarana bilər, bunlara limfasitar leykoz, limfosarkoma, Xodjkin xəstəliyi, adenokarsinoma aiddir. Mədə-bağırsaq traktının bütün şöbələri prosesə cəlb oluna bilər, mədə, nazik və yoğun bağırsaq.
Klinika uyğun olaraq, ya tamamilə simptomsuz ya da qanaxma, ishal və invaginasiyas ilə xarakterizə olunur.
Həmçinin bax:Baş və boyun şişləri, Mədəaltı vəzin şişləri, baş beyin şişləri, qarın boşluğu şişləri, LOR orqanları şişləri, qida borusu şişləri, Timus şişləri,