Sinə nahiyəsinə vurulan yumruq zərbəsi bəzən insanı ölümdən xilas edə bilər. Tibdə buna “prekardial zərbə” deyilir.
Prekardial zərbə ürəyin dayanması zamanı təcili yardım məqsədi ilə istifadə olunur. Bu təcili ürək-ağciyər reanimasiyanın bir hissəsidir və elektrik defibrillyator olmadığı halda tətbiq olunur.
Zərbə insan huşunu itirəndə, puls və nəfəsalma dayananda istifadə olunur. Lakin prekardial zərbənin texnikasını dəqiq bilmək lazımdır (bu xüsusi kurslarda öyrədilir). Əks halda bu heç bir effekt verməyəcək. Həmçinin zərərçəkmişin ürəyi döyünürsə belə zərbə onu öldürə bilər.
Zərərçəkmiş düz bərk səthdə uzanmalıdır. Reanimator şəhadət və orta barmağını zərərçəkmişin döş sümüyünün aşağısına qoyur və barmaqlardan yuxarıda olan hissəyə yumruqla tez və güclü zərbə endirir. Bundan sonra yuxu arteriyasında nəbz əmələ gəlməlidir.
Mütəxəssislər təcili reanimasiya zamanı prekardial zərbəni çox effektli hesab edir. Bəzi məlumatlara görə, prekardial zərbə 50-70% hallarda insanın həyatını xilas edə bilər.
Çəkisi 15 kq çatmamış 8 yaşına kimi uşaqlara bu müdaxilə tətbiq edilmir.
saglamolun.az