Heymlix texnikası

Heymlix texnikası

Qəfil ölüm səbəblərindən biri də dünyada durduğu yerdə nəfəs borusuna yad cismin düşüb, tənəffüsün qarşısını almasıdır. Daha çox uşaqlarda rast gəlinən bu böyüklərdə yemək yeyərkən ehtiyatsızlıqdan baş verir. Balıq, toyuq sümüyü, hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür.

Dəqiqələr içində boğulmağa başlayan insan təcili yardım gələnə kimi ölə bilər. Ətrafdakılar boğulana yardım üçün su verir, kimsə barmağı ilə çıxarmağa çalışır, kürəyinə döyəcləyir, amma bütün bunlar effektsiz ola bilər.

Bu hallarda ən yaxşı metod Heymlix texnikasıdır. Bütün dünyada tətbiq olunan bu metodu həkimlər də tövsiyyə edir. Ən azı həkimə çatana kimi təkrarlayın.

Bu metodu sözlərlə izah etmək çətin olduğundan, ən yaxşısı dəqiq izahı verilən videoya baxmaqdır.

 
medicina.az
Top