Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

Bəzi xəstəliklər zamanı ilk tibbi yardım

1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır.

2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır.

3. Günəş yanıqları əmələ gəlməsin deyə dəriyə badam, qoz və ya şit yağ sürtmək lazımdır. Xalq arasında günəş yanıqları zamanı dəriyə xiyar suyu və ya qatıq sürtülür.

4. İldırım vurması zamanı xəstəyə təcili süni tənəffüs vermək və naşatır spirti iylətmək lazımdır. Xəstə təcili həkimə çatdırılmalıdır.

5.
Qida zəhərlənmələri zamanı xəstəni təcili qusdurmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır.

6. Oynaqların gərilməsi zamanı oynaqlarda ağrı, şişkinlik, hərəkətin çətinləşməsi baş verir. Gərginlik hiss olunan yerə sarğı qoyulub həkimə müraciət etmək lazımdır.

7. Sınıq və çıxıq şübhəsi olduqda həmin hissədə siddətli ağrılar olur və xəstə həmin nahiyyəni hərəkət etdirə bilmir. Bu zaman sınıq şübhəsi olan hissəni tərpənməz hala gətirib, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır.

8. Ürək -damar xəstəliklərinin əlamətləri təngnəfəslik, taxikardiya, sifətin göyərməsi, soyuq tər və sairədir. Bu zaman xəstəyə sakitlik vermək lazımdır. Onu yatağa uzatmalı başının altını isə hündür etmək lazımdır. Xəstənin üzünə və döşünə soyuq su çiləyir, pışikotu dəmləməsi və ya korvolol vermək olar. Xəstəni vəziyyətdən çıxardıqdan sonra mütləq həkimə müraciət edilməlidir.

immunitet.az
Top