Son illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq, qaz zəhərlənmləri zamanı ilk tibbi yardım barədə sizi məlumatlandırmaq istəyirik. Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu cür zəhərlənmələrin bir-neçə növü vardır:
* təbii qazdan əmələ gələn
* karbonmonoksiddən əmələ gələn
* qaz yağı zəhərlənməsi
* kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.
Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahatca girməsinə və zəhərləməni asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə “səssiz ölüm” deyilməsi öz adını buradan götürmüşdür.
Bu cür zəhərlənmələrə adətən, təkkibində karbon qazı olan vasitələrin havalanma sistemi pis oluğu məkanlarda rast gəlinir. Məsələn, kömür mədənlərində, qarajlarda, düzgün quraşdırılmamış hamamlarda və s. Zəhərlənmələr bəzən sobanın karbon qazı çıxan borusundan, külək qazı geri qaytardığı zaman da baş verə bilir. Bəs zəhərlənmələr zamanı ölüm necə baş verir?
Karbonmonoksid qazı tənəffüs yollarından ağciyərlərə daxil olur və ağciyərlər vasitəsilə sorularaq qana çəkir. Qanda toxumalara oksigen daşıyan hemoqlabinə qatılır və 200 qat daha artıq sürətlə karboksihemoqlobinə dönür. Nolmal halda oksigenohemoqlabin şəklində qana oksigen daşıyan hissəciklər zəhərlənmə zamanı karbon monoksud qazını daşıyır. Bu zaman əvvəl beyin başda olmaqla bütün orqanlar zəhərlənir və geri dönüşü olmayan zədələnmələr baş verir, nəticədə xəstə ölür.
Qaz zəhərlənməsi baş verdiyi halda ilk növbədə görüləcək iş, qapı-pəncərələri açıb evin və ya məkanın havasını dəyişmək olmalıdır. Zəhərlənən adamı oksigenlə təmin etmək üçün oksigen balışı və ya süni tənəffüs vermək lazımdır. Xəstənin bədənini ovuşdurmaq və dabanlarının altını fırça ilə fırçalamaq onun sinirlərini oyadır və xəstənin ayılmasını tezləşdirir. Qazdan zəhərlənən adamın paltarlarının dəyişmək də xəstənin rahatlanmasına kömək edir. Çünki adətən zəhərli qazın iyi xəstənin paltarlarına da hopmuş olur.