Əzələdaxili inyeksiyanın texnikası kifayyət qədər asandır.
1. Əllərinizi sabunla yuyun və steril əlçəklər taxın.
2. Ampulanın üzərində olan yazını oxuyun və həkimin təyini ilə müqayisə edin (səhvə yol verməmək üçün).
4. Dərmanı şprisə yığın (iynə barmaqlara, ampulanın divarlarına və s. toxunmamalıdır).
5. Videoda göstərildiyi kimi, inyeksiya vurulan yeri təyin edin və spirtə batırılmış steril pambıqla 2 dəfə təmizləyin.
6. İnsanın əzələ toxuması normaldırsa, dəri 2 barmaqla yanlara dartılır və inyeksiya vurulur. İnsan həddən artıq arıqdırsa (xərçəng xəstələrdə və s.), əzələ büküşə yığılır və inyeksiya bu büküşə vurulur.
7. Dərmanı asta-asta yeridin. Daha sonra inyeksiya yerini spirtə batırılmış pambıqla sıxın və iynəni tez çıxardın.
saglamolun.az