Qanaxmalar zamanı ilk yardım

Qanaxmalar zamanı ilk yardım

Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir.

Belə hadisələr istehsalatda, məişətdə, nəqliyyatda, idman meydançalarında və. S baş verə bilər. Bütün zədələnmələr arasında əsas yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqların nəzarətsiz qalıqları üçün olur.

Yaranın ən təhlükəli və yaralının həyatı üçün bilavasitə təhlükə törədən ağırlaşması qanaxmadır. Qanaxma qanın zədələnmiş qan damarlarından xaricə axmasıdır. Damar zədələndikdə dərhal baş verən qanaxma isə ikincili qanaxma adlanır.

Zədələnmiş damarın xarakterindən asılı olaraq qanaxmalar arterial, venoz, kapilyar və parenxamoz olur.

Arterial qanaxma ən qorxulusudur. Çünki az vaxtda daha çox qan itirilə bilər. Arterial qanaxmanın əlamətləri qanın al-qırmızı rəngdə olması və sürətlə axmasıdır.Venoz qanaxmada qanın rəngi bir az tünd olur. Kapilyar qanaxmalar səthi zədələnmələr zamanı daxili orqanlar zədələndikdə baş verir.

Qanın axma yerinə görə daxili və xarici qanaxmalar ayırd edilir. Xarici qanaxmada qan xaricə tökülür. Daxili qanaxma zamanı isə qan daxili orqanlara və ya boşluqlara axır. Qanın hüceyrəarası  sahəyə toplanmasına qansızma deyilir. Toxumalara qan sızdıqda həmin orqan şişir. Orqanizmin birdən-birə 1.5-2 litr qan itməsinə ölümlə nəticələnir.

Qanaxmanın növündən və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrindən asılı olaraq onu daimi və ya müvəqqəti dayandırırlar. Xarici arterial qanaxmanı dayandırmaq üçün damarı barmaqla sümüyü sıxıb, turna və ya burmac qoymaq lazımdır. Xarici venoz və ya kapilyar qanaxmalarda yaraya steril sarğı qoyulur.

Turna (jqut) qoymaq ətrafların iri arteriya damarlarının zədələnməsində qanaxmanı dayandırmağın ən əlverişli üsullarından biridir. Turna qanaxma nahiyəsindən bir qədər yuxarıda qoyulur, paltarın üstündən paltar olmadıqda hər hansı bir bint və ya parça materialından istifadə etməklə əzələ və dəri sıxılmasından qarşısı alınır. Turnanı o dərəcədə sıxmaq lazımdır ki, qan dayansın. Çox sıxılarsa ətrafın qidalanması pozulur, az sıxıldıqda isə qan daha çox axa bilər.

Turnanın qoyulduğu saat dəqiqə bir kağıza yazılır və turna qoyulan yerə bərkidilir. Turnanın üstü örtülür yaralıya ağrıkəsən dərman verilir və ya iynə ilə yeridilir.Turna ən çoxu 1.5-2 saat saxlanıla bilər.

Turnanın müddəti keçdikdən sonra xəstə həkimə çatmayıbsa turnanı 5-10 dəqiqə müddətinə boşaltmaq bir qədər fasilədən sonra yenidən qoymaq lazımdır. Vaxt yenidən qeyd olunub, turna bərkidilir

 

Bu mətn ilk dəfə olaraq kayzen.az saytında nəşr olunub

 

Müəllif- Əhmədova Zeynəb

Top