Anafilaktik şok

Anafilaktik şok

Anafilaktik şok - Kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla, həyat üçün təhlükə yaradan vəziyyətdir. Ən çox penisillin və başqa antibiotiklərin, habelə müalicə serumları, rentgenokontrast maddələr və s. daxil edilməsindən sonra baş verir. Əsas əlamətlərin preparatın yeridilməsindən sonra dərhal döşdə sıxıntı, başgicəllənməsi, başağrısı, narahatlıq, kəskin zəiflik, bədəndə hərarət hiss edilməsi. Ağır hallarda bu əlamətlərə kollaps  simptomları əlavə edilir. Kollaps huşun itirilməsi ilə birgə davam edə bilər, bəzən də komatoz hal inkişaf edir. Bu cür xüsusilə ağır hallarda anafilaktik şok simptomlarının təzahür etməsindən bir neçə dəqiqə sonra ölüm baş verə bilər. Anafilaktik reaksiyanın nisbətən yüngül təzahürü özündəngetmə vəziyyəti və dəridə çox vaxt dərman yeridilməsindən 20 - 40 dəqiqə sonra baş verən qurd eşənəyi tipində geyişən səpgilər şəklində ola bilər.
Anafilaktik şokun ilk simptomları aşkar edilən kimi, dərhal müalicə tədbirləri keçirilməlidir, eyni zamanda təcili olaraq həkim çağırılmalıdır. Prosedur kabinetlərində, tibb bacısı postlarında, təcili yardım məntəqələrində anafilaktik şokun təcili surətdə müalicəsi üçün xüsusi dərmanlar və alətlər dəsti olmalıdır. Ən yaxşısı bu alətlər dəstinə müxtəlif şprislər və birdəfəlik istifadə üçün damcı salanlar (pipetkalar) daxil edilməlidir.
İlk yardım. Müalicəni dərialtı və ya əzələaltı 1 ml 0,1%-li adrenalin məhlulu və ya 1 ml 0,2%-li noradrenalin məhlulu yeridilməsi və eyni zamanda əzələyə 125 mq hidrokartizon (5 ml emulsiya) və ya 60 mq prednizalon yeridilməsi ilə başlayırlar. Diaqnozda şübhə olmadığı zaman isə qeyd edilən dərmanlar həkim gələnə qədər daxil edilməlidir. Sonrakı müalicə zamanı venaya 1 - 2 m 0.2-li noradrenalin məhlulu və 100 - 200 ml fizioloji məhlula və ya 400 ml poliqlükinə əlavə edilən 100 mq prednizalon (və ya 12 mq deksametazon) yeridilir. Yüngül anafilaktik reaksiyalarda venaya 10 ml 10%-li xlorid və ya kalsium-qlükonat məhlulu ilə birgə 2 - 3 ml 1%-li dimedrol məhlulu və ya 1 - 2 ml 2,5%-li diprazin (pipolfen) məhlulu yeridirlər.

Həmçinin bax:

Anafilaktik reaksiya (şok)

Müəllif tibb elmləri namizədi B.L. Borodulin

 

Top