Döşdə bərk ağrı əmələ gəlməsi stenokardiya, miokard infarktı və s. kimi dəhşətli xəstəliklərin simptomudur. Buna görə də belə ağrılar baş verdiyi zaman təxirə salınmadan yardım göstərilməlidir.
Müəllif tibb elmləri namizədi B.L. Borodulin
Döş inağı (stenokardiya) - döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində (gərginlik stenokardiyası) baş verən sıxıcı ağrı tutması. Ağrı, adətən, bir neçə dəqiqə davam edir və nitroqliserin qəbul edildikdə kəsilir. Qeyd etməliyik ki, stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur, çünki bir çox hallarda aşkar etmək mümkün olmur.
Ağrı tutmasını aradan qaldırmaq üçünxəstəyə (onun dili altına) həb və ya 2 - 3 damcı 1 %-li nitroqliserin verilməlidir. Bu preparat 2 - 3 dəqiqə ərzində ağrını kəsir. 5 dəqiqə ərzində effekt alınmadıqda eyni dozada nitroqliserin qəbulu təkrarlanmalıdır. Xəstəyə bildirməlidir ki, nitroqliserin bəzən başağrısı törədir, lakin bundan qorxmamalıdır. Stenokardiyaya tutulmuş xəstənin yanında həmişə nitroqliserin olmalıdır. Bunu xəstəyə başa salmalıdır. Bəzi hallarda ağrı tutmalarını validol (dil altına 3-5 damcı və ya həb şəklində) vasitəsilə aradan qaldırmaq olur, lakin nitroqliserinə nisbətən validol xeyli zəif təsir edir.
Stenokardiya tutmalarının artması (tez-tez baş verməsi) xəstəliyin kəskinləşməsini və miokard infarktı ehtimalının artdığını göstərir.
Miokard infarktı - miokard qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsi hissəsində inkişaf etmiş nekrozdur. Bu sahədə tutma döş sümüyü arxasında və ya döş sümüyündən solda baş verən dözülməz sıxıcı ağrı və bu ağrının sol kürəyə və ya hər iki kürəyə, arxaya, sol qola və ya hər iki qola yayılması ilə fərqlənir. Bu ağrı çox vaxt ölüm qorxusu ilə müşayiət olunur. İnfarkt zamanı bu ağrı xəstəliyin ən erkən əmələ gələn və müəyyən momentə qədər yeganə simptomudur. Miokard infarktında ağrı bir neçə dəqiqədən sonra bir neçə sutkaya qədər davam edir. Bu zaman nitroqliserinin təkrar qəbul edilməsinin səmərə verməməsi səciyyəvi haldır.
Miokard infarktının kəskin dövründə ağrı tutmasının aradan qaldırılması təxirəsalınmaz yardım tədbirlərinə daxil olur. Nitroqliserinin təkrar qəbul edilməsi effekt vermədikdə promedol, pantopon və ya 0,5 ml 0,1 %-li atropin məhlulu ilə birlikdə dərialtına morfin yeridilməlidir. Lakin narkotik analgetiklər ancaq həkim tərəfindən təyin edildikdə verildiyi üçün, təcili olaraq həkim çağırılmalıdır. Həkim gələnə qədər isə ürək sahəsinə xardal yaxması, xəstənin ayaqlarına və əllərinə isitqac qoyulmalıdır. Həkim müayinəsi ləngidikdə ağrını kəsmək üçün əzələdaxili 2 ml 50%-li analgin məhlulu yeridilməlidir.
Ağciyər infarktı. Plevrit. Pnevmoniya. Bu xəstəliklər də həmçinin döşdə, adətən, tənəffüs və öskürmə ilə əlaqəli kəskin ağrı müşayiət olunur. Çox vaxt ağrı təngnəfəsliklə, ağciyər infarktı və pnevmoniya zamanı isə qanhayxırma ilə müşayiət olunur.
Təxirəsalınmaz yardım: xardal yaxması qoymalı, daxilə 0,5 - 1 q (1-2 həb) analgin verilməlidir.