Avtomobil şüşəsinin buxarını necə təmizləməli?

Avtomobil şüşəsinin buxarını necə təmizləməli?

Avtomobil idarə edənlər qış fəslində demək olar ki, hər gün maşının şüşələrində buxar yaranmasından şikayət edirlər.
Texnologiyanın inkişafı ilə bərabər avtomobillərdə bir çox məsələdə rahatlıq yaradıldı. Ancaq avtomobil şüşələrində yaranan buxara bir vasitə tapılmayıb. Lakin bu məqalədə axtardığınız çarə var.

1. İlk olaraq hamamınızda hər zaman əlinizin altında olan təraş köpüyü və bir parça götürün.

2. Avtomobilinizin şüşəsindəki buxarı yaxşıca təmizləyin və şüşədəki nəmi silin. Daha sonra şüşəyə təraş köpüyünü sıxın, parça ilə yaxşıca yayın.

3. Sonra təmiz bir parça ilə təraş köpüyünü təmizləyin.
Nəticəsinə siz də heyran qalacaqsınız.
Top