Avtomobili hərəkətə gətirmədən öncə mühərriki qızdırmaq məsələsi illərdir sürücüləri narahat edir. Bəzi sürücülər bunun vacibliyini qeyd etsə də, bir çoxu heç bir əhəmiyyətinin olmadığını hesab edir.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir avtomobili 10-15 dəqiqə qızdırmağa heç bir ehtiyac yoxdur. 30-40 saniyə bunun üçün kifayət edir:
«Mütəxəssislərin fikrincə, 30-40 saniyə, maksimum isə 1 dəqiqə kifayət edir ki, mühərrik işə salınandan sonra avtomobil hərəkət etsin. Mühərriki yerində qızdırmaq ona görə zərərlidir ki, bu zaman ancaq mühərrik özü qızır, digər detallar isə qalır.