Dünyanın avtomobil tarixində ilklərə imza atan tanınmış şirkətlər və markalar yəqin ki, çoxları üçün maraq kəsb edir.
Dünyada ilk dəfə avtomobillər arasında kondisionerdən, avtomatik transmissiyadan, təhlükəsizlik yastığından, tavandakı “lyuk”dan, “offroader” modelindən, polad yükboşaldan kuzovdan, dizel və turbo mühərrikdən, mərkəzi qapanma, “Cruise Control” (sürət tənzimləyici), naviqasiya və ABS əyləc sistemindən və sairə istifadə olunan avtomobil markalarının adlarını və fotolarını oxuculara təqdim edir.
Dünyada ilk kondisionerli avtomobil 1938-ci ildə istehsal edilən “Studebaker Commander” modelidir.
ABS əyləc sisteminin tarixi isə 1920-ci illərə qədər gedib çıxır. Belə ki, Qabriel Voisin şirkəti əyləcin təkərləri qapatmadan öncəki əməliyyatına dair hidravlik sistemlə çalışan ilk nümunəni hazırlayıb və 671925 saylı patentini alıb.
1950-ci illərdə isə bir sıra təyyarələrdə sadə ABS əyləc sisteminin təchizatına başlanılıb. 1960-cı illərdən etibarən isə Almaniya silahlı qüvvələrində də ABŞ əyləc sistemindən istifadə olunub. Ancaq avtomobillərdə bu sistemdən istifadə ilk dəfə 1967-ci ildə İngilis mexanik Jensen tərəfindən həyata keçirilib. 1970-ci illərdən etibarən isə Avropa avtomobilləri ABS əyləc sistemindən kütləvi istifadəyə başlaybr. İlk dəfə 1978-ci ildə “Mercedes S” modelində, daha sonra BMW-nin 7 seriya modelində ABS sistemindən geniş formada istifadə edilib. Bu baxımdan da ABS əyləc sistemindən geniş formada istifadə edən avtomobil kimi 1978-ci ilin istehsalı olan “Mercedes S” modeli tarixə düşüb.
Dünyada ilk dəfə avtomatik transmissiya sistemi ilə təchiz olunan avtomobil 1958-ci ildə Hollandiyanın “DAF” şirkəti tərəfindən istehsal edilib. Ancaq şirkət 1975-ci ildən sonra səhmlərini “Volvo” şirkətinə satıb. Dünyada ilk dəfə mərkəzi qapanma sistemi ilə təmin olunan avtomobil isə 1914-cü ilin istehsalı olan “Scripps-Booth” modelidir.
Tavanda ilk dəfə “lyuk”dan istifadə edilən avtomobil 1937-ci ildə istehsal edilən “Nash Motor Company” şirkətinə məxsus olub. Daha sonra, yəni 1938-ci ildə isə Amerika modeli “Dodge” bu ardıcıllığı davam etdirib.
Dünyada ilk dəfə təhlükəsizlik yastığından istifadə edən avtomobil 1967-ci ildə istehsal edilən “Chrysler New Yorker” modeli hesab olunur.
Avtomobildə ilk dəfə naviqasiya cihazından istifadə italyanlar tərəfindən edilib. Belə ki, 1930-cu ildə avtomobillərdə istifadə edilən “Iter Avto” adlı naviqasiya cihazı indiki kimi peyk vasitəsilə deyil, xəritə və kompas vasitəsilə çalışırmış.
Dünyada ilk “offroader” ingilis sənayeçisi Jensenin 1966-cı ildə hazırladığı “FF” avtomobil modelidir.
İlk polad yükboşaldan kuzovlu avtomobil modeli isə 1924-cü il istehsalı olan “Citroen B10” hesab olunur.
Dünyada ilk dəfə sürət tənzimləyicisi (“Cruise Control”) ilə təchiz edilən avtomobil 1957-ci il istehsalı olan “Chrysler İmperial” modelidir.
Avropada ilk turbo mühərrikli avtomobil 1973-cü il istehsalı olan “BMW 2002”, ilk turbo dizel mühərrikli avtomobil isə 1986-cı il buraxılışı olan “Porsche 959”, qoşa turbo dizel mühərriki ilə ardıcıl istehsal edilən avtomobil isə 2002-ci ildən etibarən buraxılan “BMW 535d” modelidir.
Fransanın “Citroen” şirkəti 1934-cü ildə dünyada ilk dəfə olaraq ön çəkən ötürücülü avtomobil modelini, 1978-ci ildə isə dünyanın ən sürətli dizel mühərrikli “La CX 2500” modelini istehsal edib.
Dünyada ilk panorama tavanlı avtomobil isə 2000-ci ildə istehsal edilən “Fiat Stilo” modelidir.