Sükan arxasında yatmamaq üçün 6 tövsiyə

Sükan arxasında yatmamaq üçün 6 tövsiyə

1. Maşını sürərkən yuxu sizə qalib gəlirsə, dərhal dayanmaq və tünd çay, yaxud qəhvə içmək lazımdır.

2. Uzunmüddətli səfərdən qabaq çoxlu yemək olmaz, çünki tox adam maşının isti salonunda yuxuya daha çox meylidir, nəinki ac adam.

3. Maşının salonunda tam sükut tez yuxu gətirir. Belə ki, musiqi yuxudan qoruya bilər. Ritmik və sürətli musiqini seçib, səsini artırın. Sakit musiqi əks nəticə verə bilər. Yan tərəfdə əyləşən sərnişinin olması da pis deyil.

4. Əgər yuxu sizə yavaş-yavaş qalib gəlirsə, bu halda mütləq dayanıb, bir az yatmaq lazımdır.

5. Həmçinin dayanarkən maşından çıxıb soyuq su ilə üzünüzü yuyun, bununla yuxunu bir qədər uzqqlaşdırmış olarsınız.

6. Maşını sürərkən az bir müddətə maşının pəncərəsini açın, bununla siz maşının salonuna sərin və təmiz havanın daxil olmasına nail olarsınız.



gencaile.az
Top