1. Hazırlanan ilk avtomobillərdə sükan yox idi. Buna görə ilk sürücülər bir hərəkət qolu ilə avtomobillərini idarə edirdilər.
2. Nyu York Polis Departamenti 1989-cu ildə həddindən artıq sürətdən istifadə edən avtomobil sürücülərini təqib etmək üçün velosipedlərdən istifadə ediblər.
3. İlk yüksək sürətə görə cəza 1902-ci ildə yazılıb.
4. 1916-cı ildə dünyada istifadə edilən avtomobillərin 55%-i T Ford modeli olub.
5. Maşınlarda ilk sürət göstəricisi 1922-ci ildə istifadə edilməyə başlanılıb.
6. 1923-cü ildə qadınlar tərəfindən avtomobillər üçün hazırlanan 173 yeni icad tanıdılıb. Bunların arasında karbürator və elektrikli motor da var.
7. İlk avtomobil radiosu 1929-cu ildə icad edilib.
8. Buick, ilk elektrik siqnalını 1938-ci ildə istifadəyə verib.
9. “The Peanuts” (Snoopy) xarakterləri 1957-ci ildə ilk dəfə Ford Fairlane avtomobil reklamı üçün hazırlanıb.
10. Amerika istehsalı olan avtomobillərin çoxunun siqnalı Fa notunun səsindədir.
11. Hər maşında təxmini olaraq 914 metrə qədər elektrik kabeli var.
12. Avtomobillərdəki hava yastıqları 200 mil/saatda partlayar.
13. Təxmini olaraq insan bütün həyatının iki həftəsini işıqforlarında gözləyərək xərcləyər.
14. Bir avtomobilin yenidən emalı 1 tondan çox dəmir filizi, 635 kiloqram kömür və 54 kiloqram əhəng daşı qənaətini təmin edər.
15. Adambaşına ən çox Rolls Royce maşını düşən ölkə Honq Konqdur.
16. Amerikada avtomobil qəzasında ölən ilk insan 68 yaşında olan Henri H. Blissdir. O, 14 Sentyabr 1899-cu ildə Nyu Yorkda tramvaydan enən qadına kömək etmək üçün maşınını kənara çəkən zaman taksi ona dəyib.