Təzələrdən daha yaxşı olan 3 işlənmiş maşın

Təzələrdən daha yaxşı olan 3 işlənmiş maşın

Bəzi maşınların işlənmişinə digər markaların təzələrindən daha çox tələbat olur. Adətən Azərbaycanda və digər qonşu ölkələrdə orta gəlirli insanlar “Mercedes” avtomobilinin markalarına üstünlük verirlər. Amma cibə bir balaca əziyyət verməklə daha baha olan, lakin uzun illər dostunuza çevriləcək maşınlar almaq mümkündür.

Avtoekspertlər təzələrdən daha yaxşı olan 3 işlənmiş maşının siyahısını tutublar.


Bunlardan ilk yerdə Jaguar F-Type Convertible avtomobilidir. Altı silindrli, iki yerli rodster bir çox funksiyalara və rahat örtük tavanına malikdir. İşlənmişini təqribən 80 min manata almaq olar.


İkincilik Skoda Superb Estate maşınının payına düşüb. Təxminən 28 min manata almaq mümkündür. Bu maşının salonu rahat, özü çoxfunksiyalıdır. Mühərriki daha dözümlüdür.


TOP-3-ün sonuncu siyahısında olan Toyota RAV4 (54-55 min manat) 2 litrlik aqreqatı, tam ötürücülük qabiliyyəti və etibarlı “gövdə”si ilə diqqət çəkir.

gencaile.az
Top