«Heritage Auction» şirkəti dekabrın 6-da hərracda Betmen barədə komikslər əsasında hazırlanmış ilk Betmobili təqdim edəcək.
Orijinal və tarixdə ilk Betmobil 1956-cı ildə Forrest Robinson tərəfindən hazırlanıb. O, avtomobili hazırlayarkən 40-cı illərdə çıxan Betmen barədə komikslərdən ilhamlanıb. 2008-ci ildə bu maşını bərpa etməyə başladılar və onun indiki start qiyməti 90 min dollardır.
Qeyd edək ki, Betmen barədə film və serialların çəkilişləri üçün həmişə Betmobilin bu və ya digər versiyasını təqdim edən xüsusi avtomobil hazırlanırdı. Tarix superqəhrəman barədə 60-cı illərin ikinci yarısında Amerika televiziyasında çıxan serialdan Lincoln Futura-nı unutmayıb. Tim Berton öz ekranlaşdırmalarında Chevrolet Caprice və Buick Riviera-dan istifadə edirdi. Kristofer Nolan isə avtomobil hərbi dizaynda hazırlatmışdı.