Audi TT: yeni yolsuzluq avtomobili

Audi TT: yeni yolsuzluq avtomobili

Audi şirkəti Pekin avtosalonunda TT üçüncü nəsil modelinin yolsuzluq variantını təqdim edib. Hibrid prototip Allroad shootin brake konseptinin istifadə etdiyi güc qurğusu əldə edib. Əgər yeni model seriya istehsalına daxil olsa, BMW X4, Range Rover Evoque və Porsche Macan-la rəqabət apara biləcək.

Hibrid güc qurğusu 292 at gücü olan 2 litrlik benzin motorundan, 55 və 115 at gücü olan elektrik mühərrikindən ibarətdir. Transmissiya olaraq, 5 pilləri «robot» e-S Tronic təklif edilir. 100 km/saat sürəti prototip 5,2 saniyəyə yığır. Maksimal sürət 250 km/saatdır. Elektrik mühərrik işləyərkən maksimal sürət 130 km/saata, məsafə isə 50 km-ə çatır.

Yeni TT-nin salonu boz tonlara açıq, həmçinin tünd çalarla yerinə yetirilib və Alkantar, Poltrona Frau və Nappa dərisindən istifadə edilib.
Yeni 12,3 düymlük displey analoqlu paneli əvəz edib. Salonda isə Bang&Olufsen audio sistemi peyda olub.


buro247.az
Top