Yaponiyanın Lexus brendi Cenevrədə baş tutacaq növbəti avtosalonunda 2 modelin dünya premyerasını edəcək. İlk avtomobil Lexus RC kimi tanıdığımız avtomobilin F Sport versiyası, digəri isə yarış avtomobilidir.
Şirkət RC F kupeni Lexus tarixində ən güclü V8 mühərriki olan avtomobil adlandırır. Bu sportkarın 5 litrlik güc aqreqatorunun 450-dən çox at gücü var. Motor IS F-dən 8 pilləli avtomatik transmissiya ilə təmin olunub. Şirkətin bəyənatına görə, bu, dünyada ilk dəfə mühərriki qabaqda yerləşən, ancaq çəkici vektorunun arxa idarəetməli diferensialı olan idman kupesidir. Modelin Avropa bazarında satışları cari ilin payızından başlayacaq.
Lexus-un Cenevrədə daha bir premyerası brendin GT3 seriyalı komanda yarışları üçün hazırlanan avtomobilidir. Konseptual Lexus RC F GT3 sportkarı indidən böyük marağa səbəb olub.
Brendin yenilikləri barədə ətraflı məlumat avtosalonun martın 4-də başlayacaq mətbuat günlərində veriləcək.