Yeni model həm adi, həm də uzun təkər bazası olan versiyada təklif olunacaq.
Rolls-Royce Ghost V-Specification xüsusi eksteryer dizaynı, interyerdə xüsusi saat, 21 düymlük eksklüziv yüngül lehimli disklər və cihaz panelində «V-Specification» loqotipləri ilə fərqlənir.
Model 593 at gücündə 6,6 litrlik V12 mühərriki ilə təchiz olunub. «Ghost V-Specification» 100 km/saat sürətini 4,7 saniyəyə yığır.
Yeni «Rolls-Royce» modelini bu ilin yanvar ayından iyunadək sifariş vermək mümkün olacaq.