Toriumla (Mendeleyev cədvəlindəki kimyəvi maddə) işləyən avtomobil yüz ildə bir dəfə yanacaq tələb edəcək. Hazırda planetimizin yollarında 1 milyardan çox avtomobil hərəkət edir, onlar həm milyonlarla dollarlıq yanacaq sərf edirlər, həm də havanı çirkləndirirlər. İndi isə təsəvvürünüzə gətirin ki, bu maşınların hərəsi 100 ildə bir dəfə 8 qramlıq yanacaq sərf etməklə ekoloji cəhətən tamamilə təmiz işləyirlər.
Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın «Laser Power Systems» (LPS) şirkəti təbiətdə ən geniş yayılmış maddələrdən birindən hazırlanan yanacaq materialı üzərində işləyir. Torium çox geniş həcmdə istilik yaratmaq qabiliyyətinə malikdir. Şirkət hazırda lazer işığı yaratmaq iqtidarında olan materialın kiçik hissəcikləri üzərində təcrübə aparır. Bu hissəciklər suyu isidə, buxar yarada və bunu mini-borudan keçirə bilirlər. Torium mühərrikinin bu modeli 200 kq həcmindədir və bu asanlıqla ənənəvi avtomolin kapatunun altına sığışır. Ekspertlərin sözlərinə görə, toriumun cəmi bir qramı 28 min ton benzindən daha çox enerjiyə sahibdir və bu maddənin cəmi 8 qramı bir avtomobilin 100 ildə bir dəfə yanacağı qəbul etməklə işləməsinə səbəb ola bilər.