«Vorsteiner» alman tüninq şirkəti məhdud seriya ilə buraxılan 5 eksklüziv «Range Rover Veritas» yolsuzluq avtomobilini təqdim edib. Modelinin tamamlanması və fərdiləşdirilməsi üzərində «Vorsteiner»-in ABŞ-dakı əməkdaşları çalışıblar. Şirkətin 10 illik yubileyi münasibətilə hazırlanan «Range Rover» bahalı interyerlə uyğunlaşan xarici yeniliklər əldə edib.
Eksklüziv modelin salonu dəridəndir. Yeni modeldə ağ banla effektiv təzad yaratmaq məqsədilə şüşələr tonlaşdırılıb, üst hissə və dayaqlar qara rəngə boyanıb, fənərlər tündləşdirilib. 24 düymlük Vorsteiner Sport Race Forged VSR-163 diskləri boz moldinqlərlə eyni tonda seçilib.