Jaguar XE

Jaguar XE


Cenevrə avtosalonu Britaniyanın Jaguar şirkətinin gələcək planlarını bölüşmək üçün yaxşı fürsət olub. Şirkətin rəsmi açıqlamalarına görə, tezliklə Jaguar modellərinə yeni kompakt XE sedanı əlavə olunacaq.

Sedanı yeni alüminium platformada hazırlamaq planlaşdırılıb. XE üçün Jaguar-da 4 silindrli motorlar komplekti hazırlanır. Bu motorlar həm benzinlə, həm də dizellə çalışacaq. Ingenium adlı müasir motorun güc aqreqatları sirr olaraq saxlanılır. Yeni modelin debütü 2015-ci ilin yayına planlaşdırılıb.


Jaguar XE XF ailəsindən bir pillə aşağı səviyyədə olacaq. İlkin ehtimallara görə, baza versiyasının qiyməti 35 min avro olacaq. Model BMW-nin 3-cü seriyası və Mercedes-Benz C-klassı ilə rəqabət aparacaq.

 

Top