70-ci illərdə Yaponiya SSRİ ilə kütləvi şəkildə traktorların, buldozerlərin və digər ağır tonnajlı maşınların idxalı barədə razılığa gəlir. Bir müddət bu prosses davam edir və Sovet hakimiyyəti bu məsələni böyük çapda reklam edərək aləmə car çəkir: «Qüdrətli SSRİ o qədər inkişaf edib ki, Yaponiya kimi ölkə texnikanı bizdən alır».
Amma üstündən bir neçə il keçdikdən sonra məlum olur ki, sən demə Yaponiya bu ağır tonnajlı dəmir yığınını alıb əridir və yenidən əsl yapon keyfiyyətli maşınlar istehsal edir. Yəni Sovet maşınlarını bir növ xammal kimi alırmışlar. Bu biyabırçılıqdan sonra SSRİ Yaponiyaya maşın ixracını dayandırdı.