Dünyanın 5 ən bahalı maşınları

Dünyanın 5 ən bahalı maşınları

«Forbes” jurnalı bu dəfə dünyanın ən bahalı avtomobillərinin siyahısını təqdim edib. Bu siyahıda olan avtomobillərin qiyməti o  qədər yüksəkdir ki, bir çoxlarımız bahalı hesab etdiyimiz „Rolls-Royce”  bu sırada sonuncu yeri tutub. İndi isə sizə həmin siyahını təqdim  edirik. 

1. Bugatti Veyron Super Sport – Qiyməti: $2.6 Milyon Ən bahalı avtomobillər sırasında liderlik edən Bugatti Veyron Super Sport  haqqında təkcə onu demək kifayətdir ki, o yalnız qiyməti ilə deyil, həm  də öz sürəti ilə Guinness rekordlar kitabına girməyi bacarıb. Eləcə də  bu avtomobil öz rahatlığı və elementlərinin bahalılığı ilə seçilir.

2. Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon Dünyanın  ən sürətli vasitələri siyahısında ilk iki yerə idman avtomobilləri  sahiblik edir. Karbon lif və alüminium gövdəsiylə çox yüngül bir  quruluşa sahib olan Koenigsegg Agera 3,1 saniyədə 100 km / s sürət yığa  bilir.

 

3. Maybach Landaulet – Qiyməti: $1.405 Milyon

İlk dəfə “2008-Detroit Motor Show” da gördüyümüz Maybach Landauletin  platforması 62S modelinin platforması ilə demək olar ki, eynidir.

 

4. Pagani Zonda C9 – Qiyməti: $1.3 Milyon Pagani Zonda C9 hələ bazara çıxarılmasa da, fotoşəkillərindən gördüyümüz  qədəri ilə Mersedesin V12 AMG mühərriki ilə təchiz edilib. Bu modeldən  yalnəz 40 ədədinin satışa çıxarılacağı gözlənilir.

 

5. Ferrari F70 – Qiyməti: $870,000 (Təxmini) Ferrarinin hər on ildə bir çıxartdığı xüsusi nümunələrində biri olan F70-in  Ferrari Enzo’nun varisi olduğu deyilir. Vasitənin texniki imkanları və  dizaynı haqqında hələ də bir məlumat yoxdur.

Top