Detroit Auto Show bu ilin ilk avto-sərgisidi. Gözlənilməz yenilikləri sizlərə təqdim edirik.
Mercedes-Benz C-Class
Alman şirkətinin əsas premyerası C-Class avtomobilidi. Yeni avtomobil olduqca zərif amma eyni zamanda aqressiv görünüşə sahindi. Yeni C -Class hər növ funksiyayla təchiz olunub: Touchpad screen, kruiz-kontrol, xüsusi iqlim sistemi və naviqasiya.
Texniki spesifikasiyası baxımından burada seçim böyükdür. Kiçik mühərrikləri nəzərə alsaq, seçim 115 at güclü 1.6 litrlik dörd silindrli dizel mühərrikdən 2.2 litrlik 204 at güclü benzin mühərrikinə gədər seçim var. Ümumillikdə beş benzin mühərrikləri təqdim olunacaq, bunlar 156 at gücündən 238 at gücünə gədəq dəyişəcək.
Porsche 911 Targa
Targa modeli yarım əsrə yaxın mövcuddur, sərgidə şirkət yeni nəsil Porsche 911 Targa mpdelini təqdim etdi. Dəyişikliklərə yeni dam, avtmobilin təhlükəsizliyi və yeni fənərlər daxildir.
Porsche avtomobilini iki mühərriklə təklif edir, biri 3.4 litrlik altı silindrli 340 at güclü mühərrik, digəri isə 4.0 litrlik 400 at güclü mühərrikdi. Sürət qutusu iki variasiyada — biri klassik «mexanika», digəri isə «avtomat».
Porsche Targa 4S
Volvo XC Concept Coupe
Volvo futuristik konsepsiyalı avtomobil təqdim etdi. Avtomobil haqqında ətraflı məlumat yoxdu.
BMW M3 və M4
Əsas dəyişikliklərə avtombilin daxili məhruz qaldı. Yeni modellər turbo mühərrikləri ilə istehsal olunur. İndi başlıq altında rahat 3.0 litr həcmli 430 at güclü mühərrik yerləşir. Avtomobil altı pilləli «mexanika» və ya yeddi pilləli «avtomat» sürət qutuları ilə təchiz olunur. Avtomobil 0-100 km/ s sürətini 4.1 saniyəyə yığır.