Dünyanın ən güclü casusu Ceyms Bond – XX əsr kinematoqrafiyasının simvollarından biridir. Lakin onun xarizmatik xəfiyyə obrazının yaradılmasında şübhəsiz ki, bir-birindən güclü avtomobilləri də böyük rol oynayıb.
Xəfiyyə “007” üçün yaradılan 13 “bondomobil”
1. Sunbeam Alpine Convertible
Bondun «Doktor Nou» (1962-ci il) adlı filmdə ilk avtomobili gümüşü rəngli, Britaniyanın az tanınan avtomobil markası Sunbeam Alpine Convertible kabrioletidir. 80 at gücü ilə Alpine maksimum 160km/saat sürət yığa bilirdi. Bu avtomobildə təkrarolunmaz Şon Konneri qəhrəmancasına düşmənlərindən qaçmağa çalışırdı. Bondiananın hesabına avtomobil şirkəti daha 15 il fəaliyyət göstərdikdən sonra müflis oldu.
2. Bentley Mark IV
Yazıçı Yan Fleminqin romanına əsasən, xəfiyyə 007 Bentley Mark IV-ün sükanı arxasında növbəti tapşırığını yerinə yetirməyə yollanır. Ancaq əsərin kino versiyasında bu retromobil ancaq «Rusiyadan sevgi ilə» filminin sevgi səhnəsində peyda olur.
3. Aston Martin DB5
«Qoldfinqer» filmi (1964) Şon Konneriyə klassik 007 kinoqəhrəmanı adını qorumağa kömək etdi. Gümüşü rəngli Aston Martin DB5 idman avtomobili isə bu obrazın ayrılmaz hissəsinə çevrildi. Casus saqasının sonuncu «007: „Skayfoll“ koordinatları» filmində də prodüserlər bu «bondomobili» seçdilər. Şon Konnerinin idarə etdiyi, sonrakı sahibinin isə 4 milyon dollara sığortaladığı ilk Aston Martin 1997-ci ildəFloridaştatındakı Boka Raton hava limanından müəmmalı şəkildə yoxa çıxdı.
4. Toyota2000Gt Convertible
Şon Konnerinin "İki dəfə yaşayırsan" (1967) filmində idarə etdiyiToyota200Gt Convertible avtomobili o dövr üçün əsl möcüzə sayılırdı. «Yamaha»dan 6 silindrli mühərrik, 4 təkərli əyləc sistemi, Bond üçün avtomobildə quraşdırılan mini-monitor, izləmə kamerası, video-rekorder, radioəlaqə və kaset maqnitolu ilə səs idarəetməsi «möcüzə maşın»ın əsas detalları idi.
5. Ford Mustang Mach 1
"Əbədi brilyantlar" (1971) filmində Ceyms Bond ilk dəfə Amerika avtomobilinin sükanı arxasına keçir. Las-Veqas küçələrində o, Ford Mustang Mach sükanı arxasında yerli polisə Britaniya avtomobil sürmə stilini nümayiş edir.
6. AMC Hornet
«Qızıl tapançalı adam» filmində Rocer Murun ifa etdiyi xəfiyyə 007 AMC Hornet-də 12 metr eni olan kanalın üzərində uçuş edir. Bu səhnə 1 dubla çəkilib. Film üçün 5,9 litrlik V8 Hornet 5 sm genişləndirilib.
7. Lotus Esprit
Lotus Esprit-dən bondiananın «Məni sevən casus» (1977) və «Yalnız sənin gözlərin üçün» (1981) filmlərində istifadə olunub. Hər 2 filmdə Bond rolunu Rocer Mur canlandırıb. Lotus Esprit Ferrari və Lamborghini avtomobillərinin Britaniya alternativi sayılır.
8. Citroën 2Cv
Rocer Murun baş rolu ifa etdiyi «Yalnız sənin gözlərin üçün» (1981) filmi həm də parlaq sarı rəngli Citroën 2Cv avtomobilinə görə yadda qalıb. Filmin çıxması ilə Citroën şirkəti limitli 2Cv 007 seriyasını buraxıb.
9. Alfa Romeo GTV6
«Səkkizayaq» (1983) filmində Bond Şərqi Berlində onu BMW ilə izləyən alman polislərindən qaçır. Alfa Romeo-nun GTV6 modeli optimal çəki kombinasiyası və yarış avtomobili mühərriki ilə seçilir.
10. Aston Martin V8 Vantage Volante
Casus kinoepopeyasının 15-ci «Gözlərdəki qığılcımlar» (1987) filmində Bond rolunu TimotiDaltoncanlandırır. O, modernləşdirilmiş Aston Martin V8 Vantage Volante avtomobilini idarə edir. Filmdə avtomobilin büz üzərində idarə olunması səhnələri Alp dağlarında, Vaysenzeydə çəkilib.
11. BMW 750iL
90-cı illərin yeni xəfiyyəsi Pirs Brosnanın iştirakı ilə «Sabahheç vaxt ölməyəcək» (1997) filmində BMW 750iL avtomobili peyda olur. «Bondomobil» mobil telefonla idarə olunur, onun içərisində zireh və raketlər var. Çəkilişlərdə 17 avtomobildən istifadə olunsa da, onlardan yalnız 3-nü qorumaq mümkün olub.
12. Aston Martin DBS
Aston Martin DBS avtomobilindən Bond «Royal kazinosu» (2006) və «Mərhəmət kvantı» (2008) filmlərində istifadə edir. Baş rolu britaniyalı aktyor Deniel Kreyq ifa edib. Çəkilişlər zamanı 6 Aston Martin modeli əzilib.
13. BMW Z8
90-cı illərin sonunda Azərbaycanın "Əsrin müqaviləsi" layihəsində Britaniya aparıcı rollardan birini oynayırdı. Bondiananın növbəti seriyasının Azərbaycanda çəkilməsi isə ölkənin beynəlxalq piarı oldu. Pirs Brosnan Abşeronda Bondun yeni BMW Z8 avtomobilini sınaqdan keçirdi. (buro247.az)