«Ferrari 250 LM» ralli yarışlarında qalib gəlmiş Fausto Morella və Qilyermo Orteqaya məxsus olub.
1964-cü il istehsalı olan «Ferrari 250 LM» hərracda öz sinfi üzrə rekord qiymətə alıcı tapıb. Carrozzeria Scaqliettinin dizaynında hazırlanmış avtomobil Nyu Yorkda keçirilən hərracda 14,3 milyon dollara satılıb.
İdman avtomobili hərraca çıxarılan dünyanın ən bahalı avtomobillərindən hesab edilir.
Hərracda satılan ən bahalı maşın adı «Mercedes-Benz W196R Silver Arrow (1954)» məxsusudur. Böyük Britaniyada hərraca çıxarılan bu maşın 29,5 milyon dollara satılmışdı.
250 indeksli «Ferrari»lər 1954-1960-cı illərdə istehsal edilib. Adətən bu maşınlar məhdud sayda buraxılırdı. Bu modellər adıçəkilən şirkətə on illər ərzində «yolların sahibi» titulunu qazandırıb. Satışa çıxarılan nümunə 1968-ci ildə keçirilən ralli yarışlarında qalib gəlmiş avto yarışçı Fausto Morella və Qilyermo Orteqaya məxsus olub.