2014-cü ildə təqdim ediləcək Avtomobillər

2014-cü ildə təqdim ediləcək Avtomobillər

 Bir sıra avtobil şirkətləri 2014-cü ildə gözlənilən yeni avtomobillərinin təqdimatını edib.

2014 Alfa Romeo 4C: “Fiat” və “Chrysler”in ortaqlığından yaranan yeni modelin həm Amerika avtomobilləri gücündə, həm də İtalyan avtomobilləri yüngüllüyündə olması gözlənilir. Maşının gələn il 1200 ədəd təqdim olunacağı və ABŞ-da 55 min dollardan satışa çıxarılacağı düşünülür.

2014 Aston Martin Vanquish Volante: İngiltərnin lüks avtomobil istehsalçısı Aston Martinin “Volante” modeli ilə də maraqlananları xəyal qırıqlığına uğratmayacaq.

 

2014 BMW 4 Series: Maşının 40 min dollardan daha baha satılacağı planlaşdırılır.

 

2014 Cadillac ELR: 2014-cü ildə satışa çıxarılacaq avtomobilin qiymətinin 75 min dollardan başlayacağı bildirilib.

 

2014 Chevrolet Camaro Z/28: Dizayn baxımından avtomobil sevənlərin maraqla gözlədiyi maşının digərlərinə görə daha məqbul bir qiymətlə satışa çıxarılması gözlənilir. Mütəxəssislər avtomobilin satış qiymətinin 55 min dollardan başlayacağı fikrindədir.

 

2014 Ferrari LaFerrari: Saatda 300 km sürətlə hərəkət edə bilən avtomobilin satış qiymətinin 1 milyon dolların üzərində olması gözlənilir.

 

2014 McLaren P1: Avtomobilin 1,2 milyon dollara satışa çıxarılacağı bildirilib.

 

2014 Porsche 918 Spyder: Sadəcə mühərrik gücü və texniki təchizat olaraq deyil, dizayn olaraq da maraqla gözlənilən avtmobilin 850 min dollardan satışa çıxarılması və həmin andan etibarən sürətlə satılacağı deyilir.

 

Top