Los-Anceles avtosalonu açılışı ərəfəsində Jaguar şirkəti «kupe» kuzovunda yığcam sportkar F-Type təqdim etdi. Yeni modelin top versiyası 550 at gücü və 680 Nm fırlanma anı hasil edən mexaniki sıxıcı kompressorlu beş litrlik V8 mühərriklə təchiz edilib. Jaguar F-Type R Coupe 4,2 saniyə ərzində sürətini sıfırdan saatda yüz kilometrə qədər artıra bilir. Onun maksimal surəti saatda 300 kilometr həddində elektron məhdudlaşdırılıb. Kupenin bütün modifikasiyaları arxa ötürməlidir. Mühərrik səkkiz pilləli avtomat ötürücü qutu ilə cütlükdə işləyir.