Qış mövsumu ilə əlaqədar avtomobil istifadəçiləri təkərlərin vəziyyətini nəzarətdə saxlamalıdırlar.
Yeni təkərlərin bahalılığı və Almaniya istehsalı olan ikinci əl təkərlərin münasib qiymətə satılması avtomobil sahiblərinin bunlardan istifadə etməsinə şərait formalaşdırır. Ancaq istənilən halda təkərlərin istismar müddətinin keçməməsinə diqqət etmək lazımdır. Bəs bunu necə bilmək olar ?
Mütəxəssislər avtomobil təkərlərini istehsal tarixindən 5 il sonra istifadə olunmamasını tövsiyə edirlər. Elastikliyini itirmiş təkərlərdə, xüsusilə isti havalarda çatlama olur. Bu da təkərin partlama riskini artırır.Təkərin istehsal tarixini müəyyənləşdirməyin sadə bir yolu var. Onun üzərində 4 rəqəmli damğa olur. Bu damğada ilk iki rəqəm təkərin istehsal olunduğu həftəni, son iki rəqəm isə istehsal ilini göstərir. Tutaq ki, təkərin üzərində 4002 damğası var. Deməli, təkər 2002-ci ilin 40-cı həftəsində istehsal olunub.