"BMW" markası

"BMW" markası

«Sürməkdən həzz al»
BMW loqosuAvtomil həvəskarlarının üstünlük verdikləri məşhur markalardan biri də BMW-dir. Şirkətin «Sürməkdən həzz al» («Freude am Fahren») şüarının doğruluğunu BMW avtomobillərinin sükanı arxasında əyləşmiş hər kəs asanlıqla anlaya bilər. Görəsən, istehsal etdikləri maşınları böyük həzz alaraq sürdüyümüz BMW şirkətinin yaranma ideyası kimə məxsusdur? Bəlkə də çoxları bu şirkətin əvvəllər maşın deyil, təyyarə mühərriklərinin istehsalı üzrə ixtisaslaşdığından xəbərsizdirlər. Bəs, bir sıra məşhur idmançıların dünya rekordlarına məhz BMW markalı motosikletlərdə imza atmaları barədə necə, məlumatınız varmı? Bu mövzuya müraciət etməkdə məqsədimiz belə maraqlı məqamlara aydınlıq gətirməkdir.

Uzun yolun başlanğıcı
1913-cü ildə Münhen şəhərində Karl Rapp və daxili yanacaq mühərriyinin ixtiraçısı Nikolaus Avqusto Ottonun oğlu Qustav Otto iki kiçik aviamühərrik şirkəti yaradır. Birinci dünya müharibəsi başlayan kimi onlar çoxlu sifarişlər almağa başlayırlar. Bunu görən Rapp və Otto iki şirkəti birləşdirib böyük bir aviamühərrik zavodu yaratmaq qərarına gəlirlər. 1917-ci ilin iyulunda «Bayerische Motoren Werke» (Bavariya mühərrik zavodu) adı altında yeni aviasiya mühərrik zavodu qeydiyyatdan keçir. Beləliklə, Almaniyanı bütün dünyada tanıdan BMW şirkətinin əsası qoyulur. Amma bu şirkətin yaranma tarixi çox zaman mütəxəssislərin mübahisəsinə səbəb olur. Çünki BMW şirkəti qeydiyyatdan keçməzdən əvvəl Münhendə şirkətin istehsal etdiyi aviamühərriklərdən istifadə olunurdu. 1928-ci ildə isə Almaniyanın Ayzenah şəhərində artıq şirkətin mənzil-qərargahı var idi. BMW şirkətinin tarixində ən əlamətdar hadisə 1904-cü ildə olub. Həmin vaxt Frankfurtda keçirilən mühərrik şousunda şirkətin «Diksi» adlı avtomobili nümayiş edilib. O vaxt bu maşının cəmi iki modeli – «S6» və «S12» vardı. «S» hərfinin yanındakı rəqəmlər avtomobilin neçə at gücünə malik olduğunu göstəridi. 

Versal müqaviləsinin BMW şirkətinə qoyduğu qadağa
XX əsrin əvvəllərində Maks Fris adlı bir şəxs «Bayerische Motoren Werke» şirkətinə baş konstruktor vəzifəsinə dəvət olunur. Qısa zaman ərzində onun rəhbərliyi altında BMW IIIa aviasiya mühhəriyi hazırlanır. Yeni icad 1917-ci ilin sentyabrında ilk dəfə sınaqdan keçirilir. Bu mühərriklə çalışan təyyarə 9760 m hündürlüyə qalxaraq dünya rekordunu təzələyir. Həmin hadisə BMW-nin embleminin yaranmasına səbəb olur. Şirkətin iki mavi və iki ağ hissəyə bölünmüş emblemi səmada fırlanan təyyarə pərinin təsviridir. I Dünya Müharibəsi başa çatdıqdan sonra şirkət yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Belə ki, Versal müqaviləsinə görə, almanlara təyyarə mühərriyi istehsal etmək qadağan edilmişdi. Həmin dövrdə isə BMW şirkəti yalnız mühərriklər üzrə ixtisaslaşmışdı. Bunu görə karl Rapp və Qustav Otto vəziyyətdən çıxış yolunu motosiklet və onun mühərriklərini hazırlamaqda görür. 1923-cü ildə BMW şirkətinin R32 markalı ilk motosikleti satışa çıxarılır. R32-nin ən çox diqqətə səbəb olduğu yer isə Paris olur. 20-30-cu illərdə motoyürüşlər zamanı yenilənən dünya rekordlarına məhz BMW-nin istehsalı olan R32 vasitəsilə imza atılır. 

BMW avtomobilləri əvvəllər satışa Dix adı ilə çıxarılıb
Ötən əsrin 20-ci illərində BMW-nin tarixində iki tanınmış biznesmenin – Qotayer və Şapironun adı hallanmağa başlayır. Məhz bu iki şəxsin sayəsində şirkət borclardan və tənəzzüldən yaxa qurtarır. Həmin geriləmənin əsas səbəbi şirkətin uzun illər böyük gəlir gətirən avtomobil istehsalında heç cür uğur qazana bilməməsi idi. Bunu görən Şapiro belə qərar gəlir ki, ingiltərəli avtomobil istehsalçısı Xerbert Ostinlə birgə Ayzenah şəhərində «Ostin» markasının kütləvi istehsalına başlasın. Şapironun arzusu 1928-ci ildə gerçəkləşir. Həmin il Ayzenahda 100 lisenziyalı «Ostin» maşını satışa çıxarılır. İngiltərədə kifayət qədər populyarlıq qazanmış bu avtomobil sükanın sağda yerləşməsi ilə almanların həyatına böyük yenilik gətirir. Sonradan yerli tələbatla əlaqədar maşının quruluşunda müəyyən dəyişikliklər edilir və o, satışa «Dix» adı ilə çıxarılır. 1928-ci ilə qədər sayı 15 mindən artıq olan «Dix» avtomobillərinin istehsalı BMW-nin tarixində mühüm rol oynayır. 1925-ci ildə Şapiro öz məhsulunda yeniliklər etmək məqsədilə məşhur konsturktor və dizayner Vunibald Kammla danışıqlar aparıb onu şirkətə dəvət edir. Vunibald uzun müddət ərzində BMW-nin yeni görünüşü üzərində çalışır. Qarşıda duran növbəti məqsəd təzə markanın dünya bazarında təsdiqlənməsi idi. Bunun üçün 1928-ci ildə şirkət Ayzenah şəhərində yeni avtozavod və kiçiktutmlu «Dix» avtomobillərinin istehsalı üçün lisenziya əldə edir. Həmin ilin noyabrın 16-dan etibarən isə «Dix» adı dəyişilərək BMW ilə əvəz olunur. Amma «Dix»in adı ilk BMW avtomobili kimi bu günə kimi yaşamaqdadır. 

Avtomobil dünyasının «səkkizinci» möcüzəsi
1932-ci il 1 aprel. Məhz bu tarixdə «əsil» BMW-nin təqdimat mərasimi keçirilir. Bu tarix dünya avtomobil tarixində bir dönüş olur. «Dix»in modeli əsasında hazırlanmış və sürəti saatda 80 km olan bu avtomobildə yeni yaradıcı ideyalar öz əksini tapmışdı. 1934-cü ilədək bazara belə tələblərə cavab verən ikinci maşın çıxarılmır. İkinci dünya müharibəsinə qədər dünyanın məşhur BMW şirkəti idman üslubunda məhsulların istehsalına daha çox üstünlük verirdi. Volfqanq fon Qronau dünya rekorduna imza atdığı açıq hidrotəyyarə məhz bu şirkətin mühərriyi ilə çalışırdı. Motosikletçi Ernst Xennenin 14 il heç kim tərəifndən təzələnməyən dünya rekordunun «iştirakçısı» da BMW markalı motosiklet idi.

bmw 303 modeli1933-cü ildə şirkət 6 silindirli mühərriklə çalışan «303» markalı BMW istehsal etməyə başlayır. Həmin maşın Berlindəki avtomobil sərgisində hamının marağına səbəb olur. Bu, avtomobil dünyasının «səkkizinci» möcüzəsi idi. Yeni maşın öz sahibinə saatda 90 km sürətlə hərəkət etmək imkanı yaradırdı. İnsanlar idman stilli bu avtomobilə sahib olmaq üçün ən yüksək məbləği ödəməyə hazır idi. Şirkət 2 il ərzində 2300 «BMW-303» markalı maşın satmağa müvəffəq olmuşdu. Maraqlıdır ki, sonradan istehsal olunan maşınların markasında da birinci «3» rəqəmi olduğu kimi saxlanılırdı («BMW-309», «BMW-315»). Həmin «3» maşının seriyasını, sonrakı rəqəmlər isə mühərriyin iş gücünü göstərirdi. Bu məntiqi qanunauyğunluğa BMW-nin bugünkü məhsullarının istehsalında da əməl edilir. Yeganə fərq ondadır ki, o vaxtkı «3» indi «7», «8» rəqəmləri ilə əvəz olunub. 

«Avtomobil – sürücülər üçün»
BMW-nin o dövrdə istehsal etdiyi markalar əsasında ən çox populyarıq qazananlardan biri də «BMW-326» idi. Həmin avtomobil 1936-cı ildə Berlin avtomobil sərgisində nümayiş olunub. Bu dördqapılı, üstüaçıq, lüks salonlu maşın idman üslubundan çox-çox uzaq idi. Onun alıcıları aşağı təbəqənin adamları deyil, ən nüfuzlu və imkanlı şəxslər olurdu. Təsadüfi deyil ki, «BMW-326»-nı çox zaman «Mersedes-Benz» ilə müqayisə edirlər. Onun ardınca 1936-cı ildə şirkət idman üslubunda olan «BMW-328» avtomobillərini satışa çıxarmağa başlayır. İkiqapılı, iki oturacaqlı, saatda 150 km sürətlə hərəkət edən «BMW-328»lə bir sıra avtoyürüş və rallilərdə rekordlar əldə olunur. Onun istehsalından sonra BMW şirkətinin idelogiyası və konsepsiyası tam formalaşır – «Avtomobil – sürücülər üçün». Onun əsas rəqibi sayılan «Mersedes-Benz»in prinsipi isə «Avtomobil – sərnişinlər üçün» idi. Həmin vaxtdan bu iki rəqib kimin ideyasının daha mükəmməl olduğunu sübut etmək uğrunda bir-birlə rəqabət aparır. 

II Dünya Müharibəsi BMW-ni iflic vəziyyətinə salır
II Dünya Müharibəsinin başlanması isə bütün ümidləri puç edir. Belə bir çətin dövrdə yenidən hərbi təyyarələrin mühəriklərinin istehsalına təlabat yaranır. «Arado 234» BMW-nin reaktiv mühərriyi ilə hərəktə edən ilk təyyarə idi. Müharibə dövründə raket mühərriylərinin sınağı da keçirilir. Müharibənin başa çatması isə konsern üçün böyük faciəyə çevrilir. Şirkətin 4 zavodu işğal olunmuş Şərq torpaqları ərazisində qalır. Əsas zavodu isə ingilislər ələ keçirirlər. 1939-1945-ci illərdə dövründə çoxlu sayda aviamühərrik və raket istehsal edildiyindən qalib tərəf müharibədən sonra 3 il müddətində bu məhsulların istehsalına qadağa qoyur. Belləikdə II Dünya Müharibəsi Almaniya avtomobil sənayesinə, o cümlədən BMW şirkətinə böyük zərbə vuraraq onu iflic vəziyyətinə salır. Milbertşofendəki zavod bobardman edilir, Ayzenahdakı isə rusların nəzarətinə keçir. Həmin şirkətdə qalmış avtomobil hissələri isə SSRİ ölkələrinə «ayaq açır».

«BMW-501» — eleqantlığın rəmzi
Müharibədən sonra nisbətən BMW-nin Münhendəki iki zavodu salamat qalmışdı. Şirkətin aksionerləri öz qüvvələrini həmin zavod ətrafında yenidən cəmləşdirirlər. Onlara Almaniya Milli Bankı da yardım edir. Nəticədə şirkət «BMW-328» avtomobillərinin konsepsiyası xilas olunur. 1953-cü ilədək BMW bazara yalnız idman üslubunda maşınlar çıxarır. Bundan sonra şirkət rəhbərləri təm-təraqlı model istehsal etmək üzərində düşünməyə başlayırlar. Yeni avtomobillərin mühərriyi isə daha dözümlü və keyfiyyətli olmalı idi. Nəticədə konstruktorlar səkkiz silindirli mühərriyin layihəsini hazırlayırlar. Yeni «BMW-501» markalı avtomobil sonradan eleqantlığın rəmzi sayılacqdı. Onun saatda 160 km sürətə malik olması nəzərdə tutulmuşdu. 

Şirkət 3-cü dəfə məhv olmaq təhlükəsində qurtulur
Ötən əsrin 50-ci illərində 5-ci seriyanın buraxılışı da BMW şirkətinin vəziyyətini yaxşılaşdıra bilmir. Satış getdikcə azalır, borclar isə çoxalırdı. Bu acınacaqlı vəziyyətdən çıxmaqda «Daymler-Benz»in aksioneri olan bir bank rəhbəri şirkətə yardım edir. Bank şirkətə Münhendə o qədər də baha başa gəlməyən «Mersedes-Benz» istehsal etməyi məsləhət görür. 60-cı illərdə isə aksionerlərin birgə səyi nəticəsində BMW-nin yeni modelləri hazırlanmağa başlayır. Şirkət tarixi ərzində artıq 3-cü dəfə məhv olmaq təhlükəsində qurtulur və öz uğurlu fəaliyyətini davam etdirir. 70-ci illərdə Münhendə konsernin mənzil-qərargahı yaradılır. Aşhaymda ilk sınaq poliqonu açılır, yeni modellərin layihələrinin hazırlanması üçün elmi-tədqiqat mərkəzi tikilir. Bu yeniliklərin həyata keçirilməsindən sonra BMW-nin yeni seriyaları meydana çıxır. 1978-ci ildə satışa çıxarılan «635 Csi» öz dəbdəbəli salonu hamının diqqətini cəlb edirdi. 90-ci illərdə şirkətin tarixində ən əlamətdar hadisə 2,3 milyard markaya «Rover Group» sənaye qrupunu alması olur. 1995-ci ildə BMW-nin Spartanburqdakı (ABŞ) zavodunda BMW Z3 modeli istehsal olunur. 

Dünya avtomobil bazarının liderləri və ya əzəli rəqiblər
1983-cü ildə şirkət satışa dördqapılı 323i modelini çıxarır. 5 ildən sonra istehsal edilən BMW Turing mühərriyinin gücünə görə tez bir zamanda məşhurlaşır. BMW X5 isə artıq tarixə çevrilib. 1999-cu ildə bu modeldən 600 min avtomobil satışa çıxaran şirkət sonradan onun layihəsini daha da mükəmməlləşdirməyi qarşıya məqsəd qoyur. Buna görə də avtomobil həvəskarlara artıq adət etdikləri BMW X5-ə rast gəlmirlər. Yaxşı tanıdığımız SUV (Sport Utility Vehicles) isə onun vairsi sayılır. Bu seriyadan olan ilk avtomobil Mersedes-Bens M-classdır (ML). Bu cip iri həcmli, dözümlü və yaraşıqlı idi. Amma hər yerdə hərəkət etmə bacarığına görə o digər ciplərdən geri qalırdı. Bu xüsusiyyətinə görə ona «asfalt üçün cip» adı vermişdilər. bmw x5 modeliBuna baxmayaraq, yeni modelə olan yüksək tələbat onun istehsalını artırırdı. Mersedes şirkətinin əzəli rəqibi olan BMW təbii ki, bu uğuru qısqanclıqla qarşılayır. 3 illik fasilədən sonra rəqibinə cavab olaraq BMW X5 istehsal edir. Xarici görünüşü cipi xatırladan bu avtomobil həm də yüksək keyfiyyətə cavab verirdi. Onun insanlar arasında böyük etibar qazanmasnın səbəbi isə maşının ABŞ-da yığılması idi. Əsas alıcılar amerikanlılar idi. Bu yolla, BMW X5 almaq istəyən amerikanlılar az pul və az vaxt sərf etməklə öz arzularını gerçəkləşdirə bilirdilər.

1986-cı ildən isə şaiyələr gəzməyə başlayır ki, BMW yeni seriya istehsal etməyə hazırlaşır. Bu həqiqətə çevrilir. 1989-cu ildə BMW Z1 satışa çıxarılır. Onun hazırlanmasına ən son texniki nailiyyətlər tətbiq olunur. Maşının ən üstün cəhəti isə əllə yığılması idi ki, bu da onun etibarlılığına zəmanət verirdi. Ardıcıl 2 il istehsal olunmasına baxmayaraq, bu müddət ərzində onun qiymətində enmə müşahidə olunmadı. Bu gün də onun qiyməti 60 miq avroya qədərdir. 

Rahatlıq və təhlükəsizliyinin simvolu
Müasir dövrdə dünyanın ən iri avtomobil istehsalçılarından olan BMW bazarında ən son dəbi diktə yedən yeganə avtomobil markasıdır. O, öz nüfuzunu nəinki itirmir, hətta getdikcə artırır. Bunun da səbəbi avtomobilin mühərriyinin yüksək keyfiyyətə cavab verməsidir. Bavariyalıların uğurunun daha bir sirri isə həcmlə çevikliyin uzlaşdırılmasındadır. MİNİ, Rolce-Royce şirkətlərin səhmlərinə malik olan həmin şirkətin bir il ərzində 1 milyondan artıq avtomobili satılır. Bu isə 50 milyarddan artıq gəlir deməkdir. xalis gəlir isə 2,7 milyard olmuşdu. Hazırda BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.

Öz fəaliyyətinə aviamühərriklərin istehsalı ilə başlayan BMW şirkətinin bu gün Almaniyada 5 zavodu mövcuddur. Bu, zavodlarda robotlardan istifadə etməyən bir-iki avtomobil şirkətindən biridir. Son 30 ildə heç bir itki olmadan fəaliyyət göstərən yeganə şirkətlər BMW və Toyotadır. Mövcudluğu ərzində 3 dəfə məhv olmaq təhlükəsindən yaxa qurtaran BMW imperiyası ildən-ilə öz qüdrətini artırır. Bu marka bütün dünyada yüksək keyfiyyət, rahatlıq və təhlükəsizliyinin simvoludur. Yəqin ki, bir əsrə yaxın yaşı olan BMW avtomobilləri bu uzun müddət ərzində dünyada qazandığı nüfuzu hələ bundan sonra da qoruyub saxlaycaq. Çünki avtomobilsevərlər axtardıqları rahatlıq və təhlükəsizliyi məhz BMW maşınlarında tapırlar. Bu isə o deməkdir ki, şirkət vaxtilə qazandığı etibarla kifayətlənmir, texniyanın ən son yeniliklərindən istifadə edərək dəblə ayaqlaşmağa çalışır. Keyfiyyəti saxlamaqla, dövrün dəbini nəzərə almaq isə avtomobil şirkəti üçün əsas şərtdir. Ən əsası odur ki, markasından asılı olmayaraq sükanı arxasına əyləşdiyiniz hər bir avtomobil həyatınıza rahatlıq gətirsin.

Top