Seks üçün ən yaxşı avtomobil

Seks üçün ən yaxşı avtomobil

Kanadanın tanınmış “The Globe&Mail” jurnalı seks üçün ən əlverişli şəraitə malik olan avtomobillərin siyahısını dərc edib.
Jurnalın müəllifi Endryu Klark mikroavtobuslar və eləcə də, 60-cı illərin böyük oturacağa malik universal avtomobillərini sekslə məşğul olmaq üçün ən əlverişli yer hesab edir. İndiki avtomobillərin böyük əksəriyyətinin salonu kiçik və dar olduğu üçün, bu məşğuliyyət üçün münasib hesab olunmur.

Keçirilmiş rəy sorğusuna əsasən, 18-29 yaşlı kanadalı kişilərin 36 faizi, qadınların isə 29 faizi avtomobildə sekslə məşğul olduqlarını etiraf edib. Müəllif Klark onu da qeyd edib ki, Kanada ölkəsində ictimai yerdə hər hansı bir əxlaqsız hərəkətə görə, bu hərəkətin sahibi ciddi şəkildə cəzalandırılır. Lakin, avtomobildə baş verən seks nəqliyyatın hərəkətinə maneçilik törətmirsə və insanların gözü qarşısında, açıq şəkildə edilmirsə, bunun heç bir qorxusu yoxdur.

Müəllif, hal-hazırda istehsalda olan və seks üçün ən münasib sayılan 5 avtomobilin siyahısını da açıqlayıb:
1. Volvo V 70 (2009-cu il model). Bu avtomobilin salonunda oturacaqları rahat şəkildə açıb, döşək salaraq bu işlə məşğul olmaq mümkündür.
2. BMW X3 modeli. Bu avtomobildə yumşaq oturacaqlar və iqlim nəzarət sistemi əlverişli şərait yaradır.
3. Bentley Azure (2010-cu il model). Yarım milyon dollar dəyərində olan avtomobildə bu işlə məşğul lmuş hər iki cinsin nümayəndəsi nəticədən razı qalıblar.
4. Range Rover (2007-ci il model). Üstü açılan avtomobil bu iş üçün alternativi olmayan modellərdən sayılır.
5. Range Rover (2010-cu il model). Ekspertin sözlərinə görə, avtomobildə sekslə məşğul olmaq fikri olmayan insanlar, bu modeli almaq barədə də düşünməsinlər.
Mənbə autobaku
Top