Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir. 1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı. Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu. Daimler firması bu uğurlu addan istifadə etməyi qərara aldı və 1902-ci ildə onu ticarət markası kimi qeydiyyata aldırdı. Məxsusi olaraq cənab Emil Elinek üçün hazırlanmış avtomobilə isə Emile Jelinek-Mercedes adı verildi.
1921-ci ildə Mercedes kompressorlu avtomobillərin istehsalı sahəsində novator kimi çıxış etdi. 1923-cü ildə isə 6 litr həcmli mühərriki olan modelə önəm verməyə başladı. Bu model əvvəlcə qısa bazalı şassisi olan Model K, sonra isə Model S modifikasiyaları üçün baza versiyası oldu. Onun əsasında həcmi 7 litrə, qüvvəsi 200 at gücünə bərabər olan kompressorlu mühərrik quraşdırılmış yeni modifikasiya – Mercedes Model SS yaradıldı. Bu dövrdə Deimler-Benz konserninin adını tanıtdıran ən məşhur mühəndislər arasında Ferdinand Porşe, Frtis Nallinger və Hans Nibel vardı. Seriya ilə istehsal olunan ilk avtomobillər 100 at gücünə malik mühərriklə təchiz olunmuşdular. Kompressor işə salındıqda bu mühərrik avtomobili 140 at gücünə qədər qüvvə ilə qovmağa qadir idi. Sonra bu mühərrikin həcmi 7.0 litrədək artırıldı. Bu da 125 (kompressor işə salındıqda 170) at gücünə malik SSK idman avtomobilinin yaradılmasına təkan verdi. Belə modellərin maksimal sürəti 160 km/saata çatırdı. Növbəti mərhələdə bu avtomobilin təkmilləşdirilmiş və qısaldılmış variantı olan SSKL yaradıldı. Mühərrikinin qüvvəsi 300 at gücü təşkil edən bu model həmin illərin bir çox idman yarışlarında qələbəyə əsas namizəd idi. 1926-cı ildə Deimler Geselschaft və Benz und Co. birləşmək barədə danışıqlara başladılar. Onların birləşməsi nəticəsində üçguşəli ulduz yarandı. Bu emblem konsernin istehsal etdiyi nəqliyyat vasitələrinin ixtiyarında olan üç təbii ünsürü – hava, su və torpağı simvolizə edirdi. Daimler konserninin bu rəsmi emblemi yeni konsernin ümumi emblemi oldu. Bazara çıxarılan avtomobillər isə Mercedes-Benz ticarət markası altında satılmağa başladı.
Beləliklə, 30-cu illərin başlanğıcında, 770 Grosser modeli Hans Nibel tərəfindən istehsala hazırlandıqdan sonra Mercedes-Benz elitar avtomobillər hazırlayan müəssisə kimi tanındı. Bu nəhəng modelin kapotunun altında 7,7 litr həcmli kompressorlu mühərrik quraşdırılmışdı. Buna görə də o dövr üçün çox güclü olan bu avtomobilin yüksək rütbəli şəxslər arasında çoxlu sifarişçiləri vardı: təkcə Almaniyanın eks-kayzeri II Vilhelmin və Yaponiya imperatoru Hirohitonun adını çəkmək kifayətdir. Bu avtomobilin 1938-1939-cu illərdə istehsal edilmiş növbəti modifikasiyası isə məxsusi olaraq “Üçüncü reyx”in yüksək rütbəli şəxsləri üçün nəzərdə tutulmuşdu. Bu modifikasiya 770 Grosser modelinin modernləşdirilmiş mühərriki ilə təchiz olunmuşdu. Kompressor işə salındıqda bu mühərrikin qüvvəsi 230 at gücünə çatırdı. Bundan başqa, bu avtomobil yeni boruşəkilli rama ilə, habelə yürüş avtomobillərində sınaqdan çıxarılmış müstəqil ön və arxa asqılarla təchiz olunmuşdu. Sıravi alıcıya kifayət qədər ucuz Type-170 modeli təklif olunurdu. Boruşəkilli raması və müstəqil ön və arxa asqıları olan bu modelin istehsalı 1931-ci ildə başlanmışdı. Bir neçə il sonra konsern dizel yanacağı ilə işləyən ilk minik avtomobillərini istehsal etməyə başladı və alıcılara 2,6 litr həcmli mühərriki olan Type-260 D modelini təklif etdi. Bu arada konstruktor kollektivi Porşenin rəhbərliyi altında mühərriki arxa tərəfdə yerləşən 130 Н, 150 Н və 170 Н modellərini istehsala hazırladı. Alıcılarda böyük maraq doğuran bu modellər o dövrün avtomobil bazarı üçün çox böyük bir həcmdə satışa çıxarıldı (1942-ci ilədək təxminən 90.000 ədəd bu cür avtomobil istehsal olundu). 40-cı illərin əvvəlində Almaniyada təmtəraqlı və güclü Mercedes markalı avtomobillərə tələbat kəskin şəkildə artdı. Onlar xüsusi sifarişlər əsasında dövlət və hökumət başçıları, yüksək rütbəli nasistlər, habelə ənənəvi Mercedes avtomobili ilə qane olmayan alıcılar üçün Mercedes-Benz-in Ştutqartdakı zavodunda hazırlanırdı. İkinci dünya müharibəsindən sonra Mercedes avtomobilləri yenidən avtomobil idmanına qayıtdılar və hətta 1952-ci ildə “24 saat Le Man” yürüşündə qələbə qazandılar. 1963-cü ildə “600” modeli istehsal olundu. İstehsalçıların fikrincə, bu model avtomobil bazarında Rolls-Royce ilə rəqabət aparmalı idi. Daha sonra çətin yerlərdə yüksək keçid qabiliyyətinə malik olan avtomobillər seriyası – Mercedes G-Class avtomobilləri istehsal olundu. Kifayət qədər bahalı, istənilən yollarda hərəkət etməyə qadir və qibtəyə layiq uzunömürlülüyə malik olan bu avtomobillərə tələbat böyük olmadığına görə onların konstruksiyası, demək olar ki, uzun müddət ərzində sabit qalır və konstruksiyaya yalnız minimal dəyişikliklər edilirdi. Bu avtomobillərin yeni nəsli 2000-ci ilin sentyabrında Parisdə ictimaiyyətə təqdim edilib. 1979-cu ilin noyabrında Daimler-Benz konserninin istehsalı olan iri S-Сlass sedanlarının yeni nəsli (kuzovun zavod indeksi W126) ictimaiyyətə təqdim edilərkən elan olundu ki, onlar 1980-ci illərin ən yaxşı avtomobilləri olacaq. Bu, həqiqətən belə oldu. 1991-ci ilin mayında isə şirkət W126 modellərinin istehsalını dayandırdığını rəsmən elan etdi.
80-ci illərdə bahalı avtomobillər bazarında yapon şirkətləri aparıcı mövqe tuturdular. Lakin Avropa avtomobil istehsalçıları rəqabət yarışına cəsarətlə qoşuldular: Mercedes-Benz S-Class avtomobillərinin son modellərinin 12 silindrli variantı buna əyani misaldır. Bu avtomobillər alman texnologiyasının yüksək rəqabət qabiliyyətini nümayiş etdirdi. Məşhur Mercedes-Benz 600S modeli supergücə və yüksək etibarlılığa malikdir. Qabaritlərinə baxmayaraq, kəskin dönmə manevrləri edə bilir və bir sıra əla xarakteristikaları ilə seçilir. Buna görə də bu gün o, şirkətin istehsal etdiyi ən yaxşı avtomobil sayılır. 1991-ci ildə S-Class - W140 avtomobilinin Cenevrədə baş tutmuş debütü böyük uğurla müşayiət olundu. Ölçülərinə, komfortuna və salonunun genişliyinə, habelə istifadə edilmiş materialların keyfiyyətinə görə W140-ın tayı-bərabəri yox idi. Bu “nəhəng” avtomobilin istehsalı 1998-ci ildə dayandırıldı və onu yeni, daha kompakt S-Class – W220 avtomobili əvəz etdi. Mercedes-Benz CL C215 lüks avtomobillər sinfinə mənsub olan kupe kuzovlu avtomobildir. 126-cı seriyalı model ilk dəfə 1981-ci ildə, 140-cı seriyalı model isə 1992-ci ildə təqdim edilib. 1999-cu ildə markanın istehsal etdiyi modellər cərgəsinə yeni modifikasiyalar – CL 600, CL55AMG, CL65AMG əlavə olundu. 2002-ci ildən bəri isə W 216 indeksli CL istehsal olunur. 1982-ci ilin noyabrında “190” modeli (kuzovun zavod nömrəsi W201) işıq üzü gördükdən sonra Mercedes-Benz Avropada D-Class avtomobilləri seqmentində prestijli modellər istehsalçısı kimi liderliyi ələ aldı. 1983-cü ilin sentyabrında istehsalı çoxdan bəri gözlənilən 190D modelinin təqdimatı keçirildi. Bu model dərhal taksi sürücüləri arasında populyarlıq qazandı. 1993-cü ilin mayında Daimler-Benz-in Bremendəki zavodunda W201 kuzovlu model C-Class (W202) sedanları ilə əvəz edildi. Bu avtomobillər 1995-ci ilin payızından kompressorla, 1997-ci ilin iyunundan 2,4 və 2,8 (V6) litr həcmli mühərriklərlə təchiz edilməyə başladı. Bu avtomobillərin yeni nəsli 2000 və 2007-ci ilin payızında işıq üzü gördü. 2.0 litr həcmə malik olan, yenidən işlənib hazırlanan kompressorlu mühərriklə təchiz olunmuş yeni C-Class Sport Coupe avtomobili bu seqmentdə ən dinamik avtomobillərdən sayılır. Kiçik ölçülü Mercedes-Benz C-Class avtomobillərinin (kuzovun zavod indeksi W202) ikinci nəsli 1993-cü ilin aprelində işıq üzü gördü. 1996-cı ilin qışında dördqapılı W202 sedanlarına beşqapılı Touring (qısaldılmış adı T) universalları əlavə olundu. Yuxarı orta sinfə mənsub olan Mercedes-Benz E-Class avtomobilləri ilk dəfə 1984-cü ildə nümayiş etdirildi. Bu avtomobillərin yeni nəsli 1995-ci ildə işıq üzü gördü. 1997-ci ildə Frankfurtda E 55 AMG modifikasiyası və V8 mühərriki nümayiş etdirildi. 2000-ci ildən başlayaraq bu avtomobillər 270 CDI və 320 CDI mühərrikləri ilə təchiz olunur. E-Class modelinin sonuncu nəsli isə 2006-cı ildə işıq üzü gördü. Kuzovlarının zavod indeksi W124 olan seriyaya mənsub avtomobillər bütün dövrlərin ən populyar Mercedes-Benz avtomobilləridir. Ümumilikdə on bir il ərzində 2,7 milyon nüsxədən artıq bu cür avtomobil istehsal edildi. W124 indeksli sedan kuzovlu dördqapılı avtomobillər 1984-cü ilin noyabrında yeddi modifikasiyada ictimaiyyətə təqdim edildi.
Mercedes-Benz SL modeli lüks sinfinə mənsub olan, dam örtüyü çıxarıla bilən rodster kuzovlu idman avtomobilidir. Bu model ilk dəfə 1989-cu ildə Cenevrədə nümayiş etdirilib. 1992-ci ildə bu SL modellərinin sırasına yeni modifikasiya – SL600 əlavə olundu. 2001-ci ilin yazında bu avtomobillərin yeni nəsli işıq üzü gördü. Bir müddət öncə isə SL-Class modelinin yeni nəsli təqdim olundu. Vito yük avtomobilləri ailəsi (Mercedes-Benz V-class) 1996-cı ildə ilin ən yaxşı furqonu adına layiq görüldü. Sprinter avtomobilləri ailəsi 9 baza modelindən və onların 137 modifikasiyasından ibarətdir. Bu modellər yük və sərnişin furqonlarından, habelə 15 yerlik mikroavtobuslardan ibarətdir. Mercedes-Benz ML çoxtəyinatlı avtomobildir. O, ofrouderin, minivenin, universalın və minik avtomobilinin mühüm xarakteristikalarını özündə cəmləşdirib. Çətin yollarda yüksək keçid qabiliyyətinə malik olan bu tam ötürücülü avtomobillər ailəsi ABŞ-da istehsal olunur. Bu model ilk dəfə 1997-ci ildə nümayiş etdirilib. Avropa üçün M-Class modellərinin təchizatı proqramına üç model variantı daxildir: baza modeli ML 230, 6 silindrli ML 320 modeli və 8 silindrli ML 430 variantı. 2000-ci ildə bu modellər dəyişiklikliyə məruz qalmayıblar, amma onlara iki yeni baza variantı əlavə olunub: dizel yanacağı ilə işləyən ML270 CDI və tüninq olunmuş ML55 AMG. 2005-ci ildə W164 indeksli M-Class modelinin təqdimatı keçirildi. Yeni model yeni modefikasiyalar və yeni mühərriklərlə təchiz olunmağa başlandı. Bu sinfin TOP versiyası ML 63 AMG hesab olunur. 1997-ci ilin oktyabrından bəri kompakt ölçülü Mercedes-Benz A-Class avtomobilləri ailəsi uğurla satılır. 2004-cü ildə bu ailə yenisi ilə əvəz olundu. Mercedes-Benz CLK modeli C-Class avtomobillərinin bazasında yaradılan, C və E sinifləri arasında aralıq sinfə aid olan kupe və kabriolet kuzovlu avtomobillər ailəsidir. İlk dəfə kupe kuzovlu CLK modeli 1997-ci ilin qışında Detroytda nümayiş etdirildi. 1998-ci ildə bu avtomobillərin sırasına kabriolet əlavə olunub. 1999-cu ilin yayında isə onların dizaynında dəyişikliklər edildi. 2005-ci ildə isə modelin yeni nəsli işıq üzü gördü. Məhsullarının çeşidini genişləndirmək məqsədi ilə şirkət tamamilə yeni avtomobilin – kiçik litrajlı Smart-ın istehsalına başladı. 1998-ci ildə Deimler-Benz AG konserni Crysler Corporation şirkətilə birləşdi. Bu birgə fəaliyyət 2007 may ayında bitdi. Hazırda Mercedes-Benz ticarət markası 100 il əvvəl olduğu kimi avtomobil istehsalı sənayesinin zivəsində qərar tutur. Yüksək keyfiyyətli avtomobillər və mühərriklər hazırlayan məşhur üç ulduzlu konsern yüz ildir ki, avtomobil istehsalı sənayesində liderliyini, yüksək rəqabət qabiliyyətini qoruyub saxlayır və tarix yazmaqda davam edir.
1991-ci ildə S-Class - W140 avtomobilinin Cenevrədə baş tutmuş debütü böyük uğurla müşayiət olundu. Ölçülərinə, komfortuna və salonunun genişliyinə, habelə istifadə edilmiş materialların keyfiyyətinə görə W140-ın tayı-bərabəri yox idi. Bu “nəhəng” avtomobilin istehsalı 1998-ci ildə dayandırıldı və onu yeni, daha kompakt S-Class – W220 avtomobili əvəz etdi. 2005-ci ildə isə S-Class modelinin yeni nəsli işıq üzü gördü. Mercedes-Benz CL W 215 lüks avtomobillər sinfinə mənsub olan kupedir. 126-cı seriyalı model ilk dəfə 1981-ci ildə, 140-cı seriyalı model isə 1992-ci ildə təqdim edilib. 1999-cu ildə markanın istehsal etdiyi modellər cərgəsinə yeni modifikasiyalar – CL 600, CL55AMG, CL65AMG əlavə olundu. 2002-ci ildən 2006-cı ilə kimi W 216 indeksli CL istehsal olundu. 2006-cı ildən etibarən isə yeni W 216 indeksli CL işıq üzü gördü. 1982-ci ilin noyabrında “190” modeli (kuzovun zavod nömrəsi W201) işıq üzü gördükdən sonra Mercedes-Benz Avropada D-Class avtomobilləri seqmentində nüfuzlu modellər istehsalçısı kimi liderliyi ələ aldı. 1983-cü ilin sentyabrında istehsalı çoxdan bəri gözlənilən 190D modelinin təqdimatı keçirildi. Bu model dərhal taksi sürücüləri arasında populyarlıq qazandı. 1993-cü ilin mayında Daimler-Benz-in Bremendəki zavodunda W201 kuzovlu model C-Class (W202) sedanları ilə əvəz edildi. Bu avtomobillər 1995-ci ilin payızından kompressorla, 1997-ci ilin iyunundan 2,4 və 2,8 (V6) litr həcmli mühərriklərlə təchiz edilməyə başladı. Bu avtomobillərin yeni nəsilləri 2000 və 2007-ci ilin payızında işıq üzü gördü. 2.0 litr həcmə malik olan, yenidən işlənib hazırlanan kompressorlu mühərriklə təchiz olunmuş yeni C-Class Sport Coupe avtomobili bu seqmentdə ən dinamik avtomobillərdən sayılır. 1996-cı ilin qışında dördqapılı W202 sedanlarına beşqapılı Touring (qısaldılmış adı T) universalları əlavə olundu. C-Class avtomobillərin yeni nəsilləri 2000 və 2007-ci ilin payızında işıq üzü gördü. Yuxarı orta sinfə mənsub olan Mercedes-Benz E-Class avtomobilləri ilk dəfə 1984-cü ildə nümayiş etdirildi. Bu avtomobillərin yeni nəsli 1995-ci ildə işıq üzü gördü. 1997-ci ildə Frankfurtda E 55 AMG modifikasiyası və V8 mühərriki nümayiş etdirildi. 2000-ci ildən başlayaraq bu avtomobillər 270 CDI və 320 CDI mühərrikləri ilə təchiz olunur. E-Class modelinin sonuncu nəsli isə 2006-cı ildə işıq üzü gördü. Kuzovlarının zavod indeksi W124 olan seriyaya mənsub modellər bütün dövrlərin ən populyar Mercedes-Benz avtomobilləridir. Ümumilikdə on bir il ərzində 2,7 milyon nüsxədən artıq bu cür avtomobil istehsal edildi. W124 indeksli sedan kuzovlu dördqapılı avtomobillər 1984-cü ilin noyabrında yeddi modifikasiyada ictimaiyyətə təqdim edildi. Mercedes-Benz SL modeli lüks sinfinə mənsub olan, dam örtüyü çıxarıla bilən rodster kuzovlu idman avtomobilidir. Bu model ilk dəfə 1989-cu ildə Cenevrədə nümayiş etdirilib. 1992-ci ildə bu SL modellərinin sırasına yeni modifikasiya – SL600 əlavə olundu. 2001-ci ilin yazında bu avtomobillərin yeni nəsli işıq üzü gördü. Bir müddət öncə isə SL-Class modelinin sonuncu nəsli təqdim olundu. Vito yük avtomobilləri ailəsi (Mercedes-Benz V-Class) 1996-cı ildə ilin ən yaxşı furqonu adına layiq görüldü. Sprinter avtomobilləri ailəsi 9 baza modelindən və onların 137 modifikasiyasından ibarətdir. Bu modellər yük və sərnişin furqonlarından, habelə 15 yerlik mikroavtobuslardan ibarətdir.
Mercedes-Benz ML çox təyinatlı avtomobildir. O, ofrouderin, minivenin, universalın və minik avtomobilinin mühüm xarakteristikalarını özündə cəmləşdirib. Çətin yollarda yüksək keçid qabiliyyətinə malik olan bu tam ötürücülü avtomobillər ailəsi ABŞ-da istehsal olunur. Bu model ilk dəfə 1997-ci ildə nümayiş etdirilib. Avropa üçün M-Class modellərinin təchizatı proqramına üç model variantı daxildir: baza modeli ML 230, 6 silindrli ML 320 modeli və 8 silindrli ML 430 variantı. 2000-ci ildə bu modellər dəyişiklikliyə məruz qalmayıblar, amma onlara iki yeni baza variantı əlavə olunub: dizel yanacağı ilə işləyən ML270 CDI və tüninq olunmuş ML55 AMG. 2005-ci ildə W164 indeksli M-Class modelinin təqdimatı keçirildi. Yeni model yeni modefikasiyalar və yeni mühərriklərlə təchiz olunmağa başlandı. Bu sinfin TOP versiyası ML 63 AMG hesab olunur. 1997-ci ilin oktyabrından bəri kompakt ölçülü Mercedes-Benz A-Class avtomobilləri ailəsi uğurla satılır. 2004-cü ildə bu ailə yenisi ilə əvəz olundu. Mercedes-Benz CLK modeli C-Class avtomobillərinin bazasında yaradılan, C və E sinifləri arasında aralıq sinfə aid olan kupe və kabriolet kuzovlu avtomobillər ailəsidir. İlk dəfə kupe kuzovlu CLK modeli 1997-ci ilin qışında Detroytda nümayiş etdirildi. 1998-ci ildə bu avtomobillərin sırasına kabriolet əlavə olunub. 1999-cu ilin yayında isə onların dizaynında dəyişikliklər edildi. 2005-ci ildə isə modelin yeni nəsli işıq üzü gördü. Məhsullarının çeşidini genişləndirmək məqsədi ilə şirkət tamamilə yeni avtomobilin – kiçik litrajlı Smart-ın istehsalına başladı. 1998-ci ildə Deimler-Benz AG konserni Crysler Corporation şirkətilə birləşdi. Bu birgə fəaliyyət 2007-ci ilin may ayında bitdi. Hazırda Mercedes-Benz ticarət markası 100 il əvvəl olduğu kimi avtomobil istehsalı sənayesinin zivəsində qərar tutur. Yüksək keyfiyyətli avtomobillər və mühərriklər hazırlayan məşhur üç ulduzlu konsern yüz ildir ki, avtomobil istehsalı sənayesində liderliyini, yüksək rəqabət qabiliyyətini qoruyub saxlayır və tarix yazmaqda davam edir.