“Lamborgini” markasının atası - Ferrusio Lamborgini

“Lamborgini” markasının atası - Ferrusio Lamborgini

1916-cı il aprelin 28-də İtaliyanın Ferrara şəhərinin Renazzo di Sento yaşayış məntəqəsində kənd təsərüffatı ilə məşğul olan bir ailədə dünyaya gələn Ferrusio Lamborgini kiçik yaşlarından texnika ilə maraqlanmağa başladı.Atasının traktoru ilə işləyən Lamborgini sonralar Bolonyada yerləşən texniki məktəbə yazıldı. II Dünya müharibəsində İtaliya hava qüvvələrinə daxil oldu və burada yüklərin daşınmasını öz üzərinə götürdü. Lamborgini 1944-cü ildə ingilislər tərəfindən əsir götürülür və ordunun mühərrik departamentində işlədilməyə başlayır.
Lamborgini müharibədən sonra evinə qayıdır. Müharibədə istifadə olunan köhnə ehtiyyat hissələri ilə kənd camaatı üçün traktorlar hazırlamağa başlayır. Zaman keçdikcə o işini böyüdür və özünə daha böyük bir iş yeri qurur. Elə bu vaxtlarda “Fiat” avtomobilləri üzərində də işləməyə başlayan Lamborgini özü üçün istehsal etdiyi “Fiat Topolino” ilə 1948-ci ilin modeli “Mille Miqliya”nı yarışdırdı.
O, 1949-cu ildən başlayaraq, köhnə parçalardan istifadə etməkdən əl çəkir və “Lamborgini Trattrice” adını verdiyi öz zavodunu qurdu və istehsala başladı. Qısa müddət ərzində zavodun istehsal etdiyi traktorlar İtaliyanın bir nömrəsinə çevrildi. Daha sonra havalandırma və mərkəzi istilik sistemləri istehsal edən ikinci zavodunu inşa edən lamborgini tezliklə İtaliyanın ən zəngin insanları arasında özünə yer tutdu. Lambogininin “Mersedes SL300”, “Jaguar” və “Ferrari” avtomobilləri var idi. İstifadə etdiyi “Ferrari”nin qoşqusunun problemi olduğundan, Enzo Ferrari ilə görüşmək qərarına gəldi. Ancaq onun istəyi baş tutmadı. Daha sonra bu problemi avtomobilindəki qoşqunu öz traktorunda olan “Borg&Beck” markalı qoşqu ilə dəyişdirərək həll edən Lamborgini artıq yeni bir iş qurmağın zamanının gəldiyini başa düşdü. Bu yeni sahə yarış avtomobillərinin istehsalı idi. Beləliklə, Lomborgini “Sant'Aqata” adlı yeni zavodunu qurur və dövrünün ən yaxşı avtomobillərini istehsal etməyə başlayır.
Lamborghini loqo

1970-ci illərdə problemlərin artmasına görə zavodlarının bir neçəsini satmalı olan Lamborgini pensiyaya çıxaraq Peruciyaya köçür. Burada o şərab istehsalı ilə məşğul olmağa başlayır. Trasimone çayı yaxınlığındakı “la Fiorita” adlı evin bir hissəsi lamborgininin sahibi olduğu avtomobillərin sərgiləndiyi muzey kimi fəaliyyət göstərir. Bu avtomobillərin arasında Ferussionun favoriti “Lamborgini Miura” da var.

Ferussio Lamborgini 20 fevral 1993-cü ildə Peruciyada vəfat edib.
Top